Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazirlik: "Aqrolizinq"də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir"

© Photo : Facebook / Vüqar M. HüseynovВугар Гусейнов
Вугар Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov "Aqrolizinq" ASC-də aparılan yoxlamalar zamanı aşkara çıxarılan qanun pozuntularının 2018-ci ilədək olan dövrü əhatə etdiyini bildirib.

BAKI, 18 fevral — Sputnik. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. "Aqrolizinq"də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov "Aqrolizinq" ASC-də aparılan yoxlamalar zamanı aşkara çıxarılan qanun pozuntularını şərh edərkən deyib.

O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir.

"Aqrolizinq ASC" 2019-ci ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur", - deyə Vüqar Hüseynov əlavə edib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən "Aqrolizinq" ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək fəaliyyət dövrünü əhatə edən yoxlama zamanı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb.

Xəbər lenti
0