CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerli biznesmenləri sevindirən qadağa: bir məhsula dörd-beş qiymət qoya bilirlər

© AP Photo / Cliff OwenЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Müəyyən müddətdən sonra real olaraq çatışmazlıq olsa, bazarda qiymət artımını müşahidə edə bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Bu il başlayandan 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub. Quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal olunan məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Женщина в супермаркете - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nə yeyəcəyinizi bilin: qida zənbilimizin tərkibi və normaları açıqlandı

Bəs idxala məhdudiyyət qoyulması Azərbaycan bazarında quş ətinin qiymətinə təsir edə bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, idxala məhdudiyyət qoyulması psixoloji baxımdan bazara tez təsir edəcək: "Bunun yaxın günlərdə psixoloji baxımdan bazarlarda qiymətə cüzi təsirinin olacağı ehtimalı var. Amma müəyyən müddətdən sonra real olaraq çatışmazlıq olsa, bazarda qiymət artımını müşahidə edə bilərik. Faktiki anbarlarda məhsulların azalması və bazarda çatışmazlıq müşahidə ediləcəksə, qiymətlərin daha sürətlə artmasına şahid ola bilərik. Çünki yerli istehsal daxili tələbatın tam ödənilməsi üçün yetərli deyil. Əgər yerli istehsal yetərli olsa idi, xaricdən quşçuluq məhsullarının alınmasına ehtiyac qalmazdı".

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Sputnik Azərbaycan-a deyib ki, idxala məhdudiyyət qoyulması Azərbaycan bazarında quş ətinin qiymətinə təsir etməyəcək: "Ölkədə iki dəfə devalvasiya olub. Devalvasiyadan qabaq quş əti hansı qiymətə idisə, devalvasiyadan sonra da həmin qiymətədir. Bu gün də qiymətdə dəyişiklik yoxdur. Yerli istehsal çoxdur və daxili tələbatı təmin edə bilirik. Xaricdən gətirilən quş əti cüzidir. Əksinə, biz həmişə deyirik ki, xaricdən quş əti gəlməsin, çünki yerli istehsalın inkişafına mənfi təsir edir. Yerli istehsal əhalinin tələbatını ödəyirsə, bunu xaricdən gətirməyə ehtiyac yoxdur. Maddi-texniki baza imkan verir ki, biz quş əti istehsalını daha da artıra bilək".

O bildirib ki, Azərbaycanda yumurta istehsalı tələbatdan artıqdır və xaricə (İraq, Əfqanıstan və s.) ixrac edilir:

"Ölkəmizə quş əti gətirilməsinə də ehtiyac yoxdur. Hazırda anbarlarda quş əti yığılıb qalıb. Bu gün ölkədə 100-130 min ton quş əti istehsalı mövcuddur. Hazırda topdansatış quş ətinin 1 kiloqramı təxminən 3 manat civarındadır. Hər mağaza isə pərakəndə satış zamanı istədiyi qiyməti qoyub sata bilir. Yumurtanın qiyməti 9-12 qəpikdir. Çünki çəkisindən asılı olaraq yumurtaya 4-5 qiymət qoyulur. Ticarət obyektləri isə istədiyi qiymətə bunu sata bilir. Vaxtilə quş ətinin qiyməti mal ətinin qiyməti ilə eyni olub. Amma sonralar mal əti bahalaşıb və indi quş əti mal ətindən 4 dəfə ucuzdur. Bizdə quş ətinə tələbat digər ölkələrlə müqayisədə çox azdır".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkədə yumurta istehsalı 9 faiz artaraq 1827,1 milyon ədəd olub. Ötən il quşçuluq müəssisələrində diri çəkidə 67,2 min ton quş əti istehsal edilib. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 14068,1 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 201 ədəd yumurta alınıb. 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında quş əti və onun əlavə məhsullarının idxalı 7,8 faiz artıb.

Xəbər lenti
0