Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Getsin-gəlməsin" oyunu bütün iqtisadiyyatımızı çökdürə bilər

© AFP 2023 / SAID KHATIBBank əməliyyatı, arxiv şəkli
Bank əməliyyatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Şübhəli kreditlərin verilməsində iştirak edən şəxslər ən azından inzibati məsuliyyət daşımalı və bank sektorunda rəhbər vəzifələr tutmaq imkanından məhrum olmalıdırlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı"nda əksini tapıb.

Вкладчики перед головным офисом Bank Standard в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Faizlər endirilə bilər: Mərkəzi Bankın niyyəti nədir?
 Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.

Ekspertlər şübhəli kreditlərin verilməsinə nəzarət məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, şübhəli kreditlər "getsin-gəlməsin" prinsipi ilə verilən kreditlərdir: "Bank sahiblərinin və yaxud da bankın menecerlərinin, rəhbərlərinin qabaqcadan bilə-bilə problemli kredit verməsidir, yəni öncədən bilirlər ki, verilən bu kredit qaytarılmayacaq. Bunlar onların yaxınlarına, qohumlarına, tanışlarına, dostlarına, yaxud da korrupsiya müqabilində verilən kreditlərdir. Hazırda Azərbaycanda problemli kreditlərin əksəriyyəti şübhəli kreditlərdir. Bunlar əhalinin və sahibkarların götürdüyü kreditlər deyil. Banklar maliyyə vasitəçiləridir və bunlar əhalidən və sahibkarlardan əmanət cəlb edirlər və sonra onu kimə istəyirlər, verirlər".

"Şübhəli kreditləri müəyyən etmək çətin deyil. İlk olaraq uzun müddətə, girovsuz və yaxud çox aşağı dəyərli girovla və aşağı faizlə verilən kreditlərə baxmaq lazımdır və burada digər meyarlar da var. Bank nəzarətinin əsas məqsədi odur ki, bank elə kimə və necə gəldi kreditlər verməsin. Banklarda kreditlərin verilməsi qaydaları var və buna nəzarət olmalıdır", - deyə ekspert bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, bank sektoru real iqtisadiyyatın kreditləşməsini çox cüzi şəkildə həyata keçirir: "Faktiki olaraq görürük ki, bir tərəfdən iqtisadiyyatın kreditə ciddi ehtiyacı olan sahələri kreditsiz, investisiyasız qalır. Amma digər tərəfdən, kreditlər bank sektorunun nümayəndələrinin, rəhbərlərinin yaxın adamlarına verilir və o kreditlərin də bir hissəsi qaytarılmır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Mərkəzi Bankın bu məsələyə müdaxiləsinə ehtiyac var və bu istiqamətdə ən sərt qaydada bank sektoruna qarşı tədbirlər görülməlidir".

"Şübhəli kreditlərlə, problemli kreditlərlə fəaliyyəti müşahidə edilən bank menecerləri ən azından müəyyən müddət ərzində bank sektorunda rəhbər vəzifələri tutmaq hüququndan məhrum olmalıdırlar", - deyə o qeyd edib.

Professor: "Mərkəzi Bankın siyasəti kəskin şəkildə dəyişdirilməlidir">>

Ekspert bildirib ki, faktiki olaraq bank sektorunun ağır xəstələnməsi nəticəsində biz bütün iqtisadiyyatımızı itirə bilərik: "Burada konkret normativlər qoyulmalıdır. Şübhəli kreditlərin verilməsində iştirak edən şəxslər ən azından inzibati məsuliyyət daşımalı və bank sektorunda rəhbər vəzifələr tutmaq imkanından məhrum olmalıdırlar".

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib ki, bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir: "Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. 

Надпись «Банк» на каменных плитах, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İstehlak kreditləri daha da artıb - Əlli faizi keçdi
Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad, hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər, hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər".

Onu da bildirək ki, "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı"nda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Xəbər lenti
0