Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zəhər də olsa, ondan da pul çıxara bilərik – Tütün xammalını ixrac etmək sərfəli deyil

© AP Photo / Bilal Hussein Заводы по производству табачной продукции, фото из архива
 Заводы по производству табачной продукции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Təkcə Türkiyəyə siqaret ixrac edə bilsək, bu, kifayət qədər valyuta gətirəcək. Türkiyədə siqaretin satış qiyməti kifayət qədər yüksəkdir və cəlbedicidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. "Tütün istehsalı bizdə son illər ərzində artıb - dövlət dəstəyi hesabına qurutma kameraları, subsidiyalar, digər tədbirlər. Keçən il Azərbaycanda böyük siqaret fabriki açılıb. Yəni, biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik, mövcud olan siqaret fabriki yenidən qurulub. Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir". Bunu 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev deyib.

В магазине сети Беру выходной продаётся более трёх тысяч сортов пива и более трёх сотен сортов сидра, пуарэ и медовухи - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Badə? Nəbadə! - Spirtli içkilərlə tütün bazarında təlatüm gözlənilir

Ekspertlər daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və siqaretin idxalı ilə bağlı Sputnik Azərbaycan-a danışıblar.

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, siqaret idxalı Azərbaycanda keyfiyyətli siqaret istehsal edə biləcək müəssisələrin çatışmazlığı ilə əlaqədardır: "Eyni zamanda ölkəmizdə istehsal olunan tütünün həcmi hələlik daxili tələbatı ödəmək səviyyəsində deyil. Tütün xammalını isə xaricə ixrac etmək sərfəli deyil. Ona görə də son məhsuladək istehsalın təşkil olunmasında mövcud problemlərin həlli ilə bağlı yeni yanaşmaya, konsepsiyaya ehtiyac yaranıb. Son müşavirədə də bu, açıq-aşkar göründü. Tütün sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması ilə bağlı tədbirlər görülməlidir ki, daxili tələbatın tam ödənilməsi üçün şərait yaransın. Eyni zamanda siqaret istehsalı üçün yeni müəssisələrə ehtiyac var".

"Daxili tələbatın ödənilməsi ilə bağlı problemlər olduqca tütün məhsullarının ölkəyə gətirilməsinin qarşısını almaq mümkün olmayacaq. Çünki kifayət qədər tələbat var. Burada konseptual olaraq ikili yanaşmaya ehtiyac var. Dövlət sağlam həyat tərzinin təşviq olunması ilə bağlı da tədbirlər görməlidir ki, daxili istehlak azalsın. Bu zaman son məhsulu - siqareti xaricə ixrac etmək daha gəlirli, daha sərfəli hala gələr", – deyə o qeyd edib.

Ekspert bildirib ki, siqaretin qiyməti kifayət qədər baha olan ölkələr var: "Son məhsulu - siqareti həmin yerlərə ixrac etmək çox sərfəli biznes sahəsinə çevrilə bilər. Məsələn, təkcə Türkiyəyə siqaret ixrac edə bilsək, bu, kifayət qədər valyuta gətirəcək. Türkiyədə siqaretin satış qiyməti kifayət qədər yüksəkdir və cəlbedicidir".

Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov da Sputnik Azərbaycan-a deyib ki, əgər biz siqaret istehsal ediriksə, tütün xammalını niyə xaricə satmalıyıq: "Azərbaycanda keyfiyyətli siqaretlər istehsal etmək olar və xaricdə də sata bilərik, yəni xammal kimi yox, hazır məhsul kimi sata bilərik. Yerli tütün çox keyfiyyətlidir. Xammalımız varsa, keyfiyyətli və bahalı siqaretlər istehsal edib xaricə sata bilərik. Bununla həm daxili tələbatı təmin edərik, həm də ixrac edərik".

Сигареты, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Tütün məhsullarının qiymət artımı davam edəcək

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin analitika departamentinin direktor müavini Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2019-cu ildə Azərbaycanda 16 rayon üzrə 3134 hektar sahədə tütün əkilib: "Ötən il tütün sahələrindən quru tütün hesabı ilə 6038.6 ton məhsul yığılıb. 2018-ci ildə 2017-ci illə müqayisədə tütün istehsalı 18,8% artaraq 6316,6 ton, hər hektardan məhsuldarlıq 14,5% artaraq 19 sentner təşkil edib, əkin sahələri isə 3,4 min hektar olub. "Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nda 2021-ci ilədək orta məhsuldarlıq 20 sent/hektar olmaqla əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılması hədəf olaraq müəyyənləşdirilib".

O qeyd edib ki, 2019-cu ildə 2018-ci ilə nisbətən tütün xammalı ixracı miqdar ifadəsində 53,5%, tütün xammalı idxalı isə miqdar ifadəsində 34,1% artıb: "2019-cu ildə 2018-ci ilə nisbətən tütün xammalı ixracı dəyər ifadəsində 5,7%, tütün xammalı idxalı isə dəyər ifadəsində 77,4% artıb".

Hüseynov: “Bazardakı tütün məmulatlarının 10 faizi qaçaqmal yolu ilə gətirilib”

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri 2018-ci ilə nisbətən azalıb. Hesabat dövründə ölkəyə dəyəri 117 milyon 128,80 min ABŞ dolları olan tütün və tütün məmulatları idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 min dollar azdır. 2019-cu ildə tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,86%-nə bərabər olub.

2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə tütün ixracı isə 1,8 dəfə artıb.

Xəbər lenti
0