CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xərclədiyimiz pullar özümüzə qayıdır

© Sputnik / Murad OrujovБлаготворительная новогодняя ярмарка "Холодные руки, горячее сердце" в Баку
Благотворительная новогодняя ярмарка Холодные руки, горячее сердце в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Vergilər nazirinin müavini: "Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək"

BAKI, 16 yanvar — Sputnik. "Yaxın vaxtlarda Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi ƏDV vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi başlayacaq. Bu da, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkədə nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır: "Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir".

Vergilər nazirinin müavini İlkin Vəliyev isə deyib ki, ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə yaxın bir ay ərzində hazır olacaq: "Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Eyni zamanda, 2021-ci ilədək bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq".

Xəbər lenti
0