Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İndiyədək Dövlət Neft Fonduna nə qədər vəsait daxil olub?

© Sputnik / Murad OrujovГосударственный нефтяной фонд Азербайджана
Государственный нефтяной фонд Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır

BAKI, 29 dekabr — Sputnik. Fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları həcmində aktivləri olan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri bu il ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fondun məlumatında qeyd edilib.

Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olub ki, bunun da 151,5 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Бакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət Neft Fondunun işçiləri orden və medallarla təltif edildilər

Məlum olduğu kimi, Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə Fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda Fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır.

Hal-hazırda Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.

ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.

Xəbər lenti
0