Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan toyuq ixracı ilə bağlı potensial bazarlar axtarır

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidПтицефабрика в Челябинской области
Птицефабрика в Челябинской области - Sputnik Azərbaycan
Abunə olmaq
Toyuqla yanaşı, eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin ixracı ilə bağlı danışıqlar davam edir

BAKI, 25 dekabr — Sputnik. Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib. O bildirib ki, bu gün ölkəmiz toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır: "Biz sahibkarların müraciətlərini nəzərə alaraq Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər etmişik. Toyuqla yanaşı, eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin ixracı ilə bağlı danışıqlar davam edir”.

Xəbər lenti
0