CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağac əkməyə yer tapmayana ev yoxdur

© TRENDОчередной благоустроенный двор в Хатаинском районе Баку
Очередной благоустроенный двор в Хатаинском районе Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi zamanı bütün ekoloji tələblərin nəzərə alınması şərt qoyulub

BAKI, 20 dekabr — Sputnik. "Yeni tikilən binaların ərazisinin 25 faizində mütləq yaşıllıq salınması tələbi qoyulur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov "Tikinti, istehsalat və digər layihələrə ekoloji rəyin verilməsi prosedurlarında yenilik, ictimai dinləmələrin şəffafllğın təmin edilməsində və əhalinin məlumatlandırılmasında rolu" mövzusunda kofransda danışıb.

Onun sözlərinə görə, bu gün köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi üçün icra edilən pilot layihələr təqdir ediləndir. Lakin bu layihələrin icrası zamanı da bütün ekoloji tələblər nəzərə alınmalıdır.

"Bu tip layihələrə, tikinti altına düşən ağacların əvəzində daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy veririk.

Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Deyək ki, 200 kvadrat metrlik ərazidə tikinti aparılacaq, biz həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə ictimai dinləmədən sonra müsbət rəy veririk. Əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir.

Yəni, həm köhnə binanın əvəzində əhali yeni, yaraşıqlı, rahat binalara köçür, həm də həyəti bağça ilə, yaşıllıqla təmin edilir", - deyə o vurğulayıb.

Xəbər lenti
0