Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda köhnə su kanalı ləğv ediləcək

© © "Meliorasiya və Su Təsərrüfatı" ASCŞirvan su kanalı
Şirvan su kanalı - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-nin tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək

BAKI, 20 dekabr — Sputnik. Bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesi başlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov danışıb.

Taxılçılıqla məşğul olan fermer - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qərb bölgəsinə gələn bəla çörəyimizə qənim kəsilib - FOTO

Onun sözlərinə görə, ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan "Yuxarı Şirvan kanalının yenidən qurulması" layihəsidir ki, bunun da icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təhciz olunacaq, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq: "Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi. Bizim tərəfimizdən də aparılan araşdırmalar göstərir ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq".

M.Qənbərov xatırladab ki, su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq və ən əsası, bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesi başlanacaq. Çünki yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-nin tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək.

"Əlbəttə ki, bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq. Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı, tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Amma göründüyü kimi, yəqin ki, dinləmələrdə də layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq", - deyə o əlavə edib.

Xəbər lenti
0