CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək

BAKI, 13 dekabr — Sputnik. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul edib.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilib (9.25% və 5.75%).

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmamış və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

Bir sıra daxili və xarici amillərin təsirinə baxmayaraq inflyasiya gözləntiləri stabil olaraq qalır. Son meyilləri nəzərə alaraq Mərkəzi Bank 2019-cu ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih edib. Bu, qısamüddətli dövrdə inflyasiya riskləri balansında sabitləşdirici amillərin üstünlüyünü qoruması ilə əlaqədardır. Ortamüddətli dövrə isə inflyasiya riskləri real faiz dərəcələrini pozitiv zonada saxlamağı zəruri edir.

Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

Xəbər lenti
0