CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur araqların saxtası satışda, diqqətli olun - FOTO

© The Food Safety Agency of the Republic of AzerbaijanMingəçevirdə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb
Mingəçevirdə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyəti üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib

BAKI, 11 dekabr — Sputnik. Azərbaycanda məşhur alkoqollu içkilərin saxtasını istehsal edən sex aşkarlanıb. 

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a verilən məlumatda deyilir. 

Bildirilir ki, Agentliyin Bərdə regional bölməsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Mingəçevir şəhəri, M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib. Reyd zamanı sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib.

Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir.

© The Food Safety Agency of the Republic of AzerbaijanMingəçevirdə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb
Mingəçevirdə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb - Sputnik Azərbaycan
1/3
Mingəçevirdə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

2/3

3/3

Eyni zamanda müəssisədə müxtəlif brend markalı istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq, 6500 ədəd aksiz marka, 500 ədəd "Russkiy Standart" etiketi, 400 ədəd stiker, 1500 ədəd QR-kod, filtr üçün istifadə edilən kristal duz, mənşəyi məlum olmayan spirt aşkar edilib və bütün xammal, ləvazimatlar araşdırmaların aparılması üçün götürülüb.

Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyəti üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.

Xəbər lenti
0