10:16 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
3610

“2020-ci ildən etibarən bu kimi halların qarşısının alınması üçün yeni nəsil kassa aparatları ilə yanaşı post-terminallar da olacaq" - Emin Səttarov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Bu bəzi ticarət mərkəzlərində fəaliyyət göstərən mağazalar post-terminalla ödənişdən imtina edirlər. Bunun da səbəbi var. Çünki post-terminalla ödəniş zamanı mağaza sahibi gəlirini gizlədə bilmir və vergi ödənilməsi qaçılmaz vəziyyətə gəlir.

Vergi məsələləri üzrə ekspert Emin Səttarov Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə olan problemlərin 2020-ci ilin sonunadək həllini tapacağını deyərək nikbin proqnoz açıqlayıb: “Cashback-lər olduqda, yəni müştəri ödəniş edib və həmin pulun bir hissəsini geri qaytardıqda bu zaman vergidən yayınma halları aradan qalxacaq. Vergi məcəlləsində nəzərdə tutulan maddələrə görə, ödənilən vəsaitin əlavə dəyər vergisinin nağd qaydada 10, nağdsız qaydada 15 faizi geri qaytarılır. Belə olan halda müştərilər də post terminalların olduğu mağazalardan alış-veriş etməkdə maraqlı olacaqlar. Bu isə o deməkdir ki, digər mağazalar da müştərilərini itirməmək üçün post-terminallardan istifadə edəcəklər".

“Lakin 2020-ci ildən etibarən bu kimi halların qarşısının alınması üçün yeni nəsil kassa aparatları ilə yanaşı, post-terminallar da olacaq. Bunun üçün Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əlavə dəyişiklik olunub. Bu dəyişikliyə əsasən tələblərə əməl olunmadıqda maliyyə sanksiyaları həyata keçiriləcək”, - deyə ekspert əlavə edib. 

Əsas mövzular