Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Heç nə itməyəcək - Sadəcə qanunun qəbulunu gözləmək lazımdır

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidВетровая электростанция
Ветровая электростанция - Sputnik Azərbaycan
Abunə olmaq
Energetika Nazirliyinin rəsmisi bərpaolunan enerji sahələrinin inkişafı barədə çox nikbinliklə danışır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi təhlükəsini hiss edən ölkələr artıq xeyli müddətdir ki, alternativ enerji mənbələrindən istifadəyə başlayıblar. Bir neçə gün əvvəl Prezident İlham Əliyev "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri - külək və günəş üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Мужчина устанавливает солнечные панели - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda enerji mənbələri ilə bağlı xüsusi komissiya yaradıldı - adlar

Sputnik Azərbaycan yeni sərəncamın ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadədə hansı yeniliklərə səbəb olacağını araşdırıb.

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib ki, artıq bir ildən çoxdur ki, bu istiqamətdə sistemli iş aparılır: "Hələ may ayında imzalanmış "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Sərəncamda bərpa edilən enerji mənbələri ilə bağlı iki tapşırıq verilmişdi. Birinci tapşırıq bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərin təqdim edilməsi, ikinci məsələ isə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun işlənib hazırlanması məsələsi idi. Qanunvericilik aktlkarının hazırlanması və digər tədbirlərin əsas məqsədi bu sahəyə özəl sektorun cəlb olunmasıdır. Bərpaolunan enerji mənbələri ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı fəaliyyət göstərmiş, kiçik həcmli pilot layihələr həyata keçirilib, bir neçə külək və su elektrik stansiyası fəaliyyətə başlayıb. Amma bunların hamısı dövlət investisiyası hesabına həyata keçirilib.

Мужчина с канистрой, фото из архива - Sputnik Azərbaycan
ELM
Benzin tarixə qovuşur? - Alimlər enerji almağın yeni üsulunu yaradırlar

Bu gün əsas məqsədimiz isə bu tədbirlərə özəl investisiyanı cəlb etməkdir. Əsas məqsədlərdən biri bu istiqamətdə tədbirləri sistemli şəkildə həyata keçirmək, normativ hüquqi bazanın hazırlanmasıdır. Artıq bu sahə ilə bağlı qanun layihəsi hazırlanaraq təqdim edilib, vizalanmaq prosesindədir. Digər mərhələlərdə isə təşviqedici mexanizmlər müəyyənləşdirilməlidir. Yəni, hansısa mexanizmlər həyata keçirilməli, investorlara öz vəsaitini yatırmaq üçün maraqlı olmalıdır. Bunun üçün biz nəzərdə tuturuq ki, yüksək potensiala malik əraziləri müəyyləşdirək. Gələcəkdə isə bu ərazilərin iki istiqamətdə- birbaşa cəlbetmə və hərraclar yolu ilə investorların cəlb olunması həyata keçirilsin".

Nazirlik rəsmisi deyir ki, artıq ilkin qiymətləndirmə də aparılıb: "Araşdırmalar aparılıb, müəyyən sahələr artıq müəyyənləşdirilib, orada şəbəkəyə qoşulma imkanlarını dəyərləndirilib, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir, torpaq sahələrindən istifadə ilə bağlı məsələlər öyrənilib. Bunlarla yanaşı investorlarla uzunmüddətli əməkdaşlığa başlanılıb. Bu sahədə fəaliyyət göstərən çox böyük şirkətlər var. Bunun üçün 9-a yaxın şirkətlə anlaşma memorandum imzalanıb. O şirkətlərin bir çoxu bizə konkret ərazilər üzrə investisiya təkliflərini təqdim etdilər. Biz onlara cavab verdik ki, hərraca qədər bu təkliflərlə əməkdaşlıq edə bilərik. Bilirsiniz ki, hərrac yolu ilə ancaq qanunun qəbulundan sonra mümkündür. Bunun üçün mütləq qanunvericilik olmalıdır. Təqdim edilən təkliflərin əlverişliliyi nəzərə alınaraq, birbaşa cəlbetmə yolu layihələrin həyata keçirilməsi üçün təkliflərin müzakirəsi dövlət qurumları ilə aparıldı. Dövlət Komissiyasının yaradılması ilə bağlı təkliflərimizi hazırlayaraq təqdim etdik. Ümid edirik ki, burada qoyulan bütün məsələlər qısa müddətdə öz həllini tapacaq".

Атомная электростанция, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Günəş hamıya bəs eləmir: AES Azərbaycanda onilliklər ərzində enerji məsələsini həll edəcək

Həsənovun sözlərinə görə, qanunun qəbulundan sonra elektrik şəbəkəsinin imkanları nəzərə alınmaqla hərrac proqramı hazırlanacaq: "Bu hərrac prosesində yeni sahələrin müəyyənləşdirilməsi istiqamətində də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bütün layihələr özəl investisiya cəlb edilməklə həyata keçiriləcək. Qanun layihəsində pilot layihələrlə yanaşı, kiçik həcmli layihələr məsələsi də öz əksini tapıb. Aktiv istehlakçılar öz tələbatından artıq olan enerjini şəbəkəyə ötürə və hesabat dövründən uyğun əvəzləşdirmə apara biləcəklər".

Şöbə müdiri onlara təqdim olunan layihələrin əlavə xərc və subsidiya tələb etməməsinə çalışdıqlarını bildirir.

Qeyd edək ki, sərəncamda layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflər, investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair, eləcə də müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərin hazırlanaraq ölkə başçısına təqdim edilməsi öz əksini tapıb. Bundan əlavə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanması təmin edilməlidir. Layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflər də bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Xəbər lenti
0