CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda enerji mənbələri ilə bağlı xüsusi komissiya yaradıldı - adlar

© AFP 2023 / GERARD JULIENМужчина устанавливает солнечные панели
Мужчина устанавливает солнечные панели - Sputnik Azərbaycan
Abunə olmaq
Komissiyaya layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır

BAKI, 5 dekabr — Sputnik. Prezident İlham Əliyev bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sənəddə deyilir: "Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın".

Komissiyanın sədri Azərbaycan Respublikasının energetika naziri təyin olunur. Komissiyanın üzvləri isə aşağıdakılardır: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Ветряные электростанции - Sputnik Azərbaycan
AVRO-2020-nin ətraf mühit proqramı: bilməli olduqlarımız

Komissiyaya layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.

Həmçinin komissiya investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair və bu Sərəncamın 1.2.3-cü yarımbəndində göstərilən müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Komissiya beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanmasını təmin etməli; layihələrin müqavilələrdə nəzərdə tutulmuş müddətdə və şərtlər çərçivəsində icrasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını təmin etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti
0