Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda da çörəyin bahalaşması gözlənilirmi?

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidÇörək, arxiv şəkli
Çörək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Çörəyin çəkisinə, keyfiyyət standartlarına nəzarətin gücləndirilməsinə ehtiyac var ki, iş adamları tərəfindən bu standartlara əməl olunsun"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Noyabr ayının əvvəlindən etibarən Qazaxıstanda un və un məmulatlarının qiymətində bahalaşma müşahidə olunur.

Qeyd edək ki, Azərbaycan Qazaxıstandan buğda idxal edən ölkələrdən biridir. Ümumiyyətlə, 2019-cu ilin 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 294 milyon 984 min dollar dəyərində 1 milyon 371 min ton buğda idxal olunub. 2018-ci ilin 10 ayında isə Azərbaycana 176 milyon 5 min dollar dəyərində 939 min 22 ton buğda idxal edilib. 2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin 10 ayında buğda idxalı dəyər ifadəsində 118 milyon 979 min dollar, miqdar ifadəsində isə 431 min 999 ton çoxdur.

Уборка урожая зерновых, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç ilə bişən çörək və ya strateji məhsul necə yaranır?

Bəs, Qazaxıstanda un və un məmulatlarının qiymətində bahalaşma ölkəmizdə həmin məhsulların qiymətinə təsir edə bilərmi?

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə müvafiq qurumlar çalışırlar ki, çörəyin qiymətində artımlar olmasın: "Çörəyin qiymətinin bazar tərəfindən formalaşmasına baxmayaraq, qurumlar çörəyin qiymətini tənzimləməyə çalışırlar. Müvafiq hökumət qurumları çalışırlar ki, hətta idxal olunan məhsulların xərcində artımlar baş versə, bu, çörəyin qiymətinin artmasına gətirib çıxarmasın. Bunun üçün vergilərin azaldılması, iş adamları ilə müzakirənin aparılması və digər fərqli metodlardan istifadə edilir".

O bildirib ki, Azərbaycanda çörəyin qiymətinin bahalaşmaması hər zaman ərzaq bazarında bir növ prioritet məsələlərdən biridir: "Çünki çörəyin qiymətinin artması psixoloji olaraq digər məhsulların qiymətində də artımlara gətirib çıxardır. Amma çörəyin qiyməti sabit qalsa da belə, biz digər un məmulatlarının və xüsusən şirniyyat məhsullarının qiymətlərində artımları müşahidə edirik. Azərbaycan buğdanı daha çox Qazaxıstan və Rusiyadan idxal edir. O baxımdan, Qazaxıstandan idxal etdiyimiz buğda və un məhsullarının qiymətində artım olarsa, Qazaxıstanda un və un məmulatlarında bahalaşma davam edərsə, qiymətlər əvvəlki vəziyyətə qayıtmazsa, bu, yerli istehsal olan şirniyyat məhsullarımızın qiymətinin artmasına gətirib çıxardacaq. Çünki nəticədə xərc yaranır, iş adamları qiymət artımlarına getmək məcburiyyətində qalırlar".

Sosial Eksperiment: Çörək bərəkətdir, bəs bu nə hərəkətdir?    - Sputnik Azərbaycan
VİDEO
Sosial eksperiment: Çörək bərəkətdir, bəs bu nə hərəkətdir?

Ekspert güman edir ki, Azərbaycanda çörəyin qiymətinin tənzimlənməsi prosesi davam edəcək: "Amma adətən tendensiya ondan ibarətdir ki, hətta çörəyin qiymətində dəyişiklik olmasa belə, çörəyin çəkisinin azalmasını müşahidə edirik. Ona görə də çörəyin çəkisi ilə bağlı standartlar və standartların icrasına nəzarətin də gücləndirilməsi çox vacibdir. Çünki əgər qiymət dəyişmirsə, çəki azalırsa, bu, gizli inflyasiyadır".

"Qazaxıstanda qiymət artımları davam edərsə, ölkəmizdə şirniyyat məhsullarının qiymətlərində artımlar olacaq. Amma hökumət çörəyin qiymətini mövcud səviyyədə saxlamağa çalışacaq. Çörəyin çəkisinə, keyfiyyət standartlarına nəzarətin gücləndirilməsinə ehtiyac var ki, iş adamları tərəfindən bu standartlara əməl olunsun", - deyə ekspert bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə mətbuata açıqlamasında deyib ki, Qazaxıstandakı qiymət dəyişikliyi daxili bazarda cərəyan edir: "Bunun dünya bazarına, o cümlədən Azərbaycana aidiyyəti yoxdur. Azərbaycana idxal olunan buğdanın 70 faizi Rusiyadan gətirilir. Bundan başqa, Azərbaycanda buğda idxalı və istehsalı əlavə dəyər vergisindən də azaddır. Ona görə də regionda baş verən proseslərin Azərbaycana heç bir təsiri olmayacaq".

Nazirlik rəsmisi qeyd edib ki, bu il Azərbaycanda 2,1 milyon tondan çox buğda istehsal edilib. Ölkənin buğda üzrə ehtiyatları da adətən 800 min tonla 1,6 milyon ton arasında dəyişir.

Xəbər lenti
0