Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çindən gələn "qonaq" iş adamları üçün günləri qısaldır: "Bu hələ başlanğıcdır"

© AFP 2023 / ADEM ALTAN"China Railway Ekspress" Ankaradan yola salınıb
China Railway Ekspress Ankaradan yola salınıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir Qurşaq, Bir Yol" layihəsi çərçivəsində Çindən yola çıxıb Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yoluna davam edən və Marmaray dəmir yolu xətti vasitəsilə birbaşa Avropaya gedəcək ilk yük qatarı Ankara vağzalından yola salınıb

Gözde Ocak, Sputnik Türkiyə

BAKI, 7 noyabr — Sputnik. "Bir Qurşaq, Bir Yol" layihəsi çərçivəsində Çindən yola çıxıb Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yoluna davam edən və Marmaray dəmir yolu xətti vasitəsilə birbaşa Avropaya gedəcək ilk yük qatarı Ankara vağzalından yola salınıb. Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sputnik-ə açıqlamasında: "Bu hələ başlanğıcdır, düşünürük ki, yaxın zamanlarda qatarların sayı artacaq", - deyib.

Çinin Xian şəhərindən hərəkət edərək Qazaxıstan, Azərbaycan və Gürcüstanı keçəndən sonra Qars istiqamətindən Türkiyəyə daxil olan yük qatarı "China Railway Ekspress" Ankaradan yola salınıb. Marmaray xəttindən istifadə edərək Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiyadan keçməklə Praqaya gedəcək ilk yük qatarının şərəfinə Ankara vağzalında yola salınma mərasimi təşkil olunub.

© © Sputnik / Gözde OcakYük qatarının şərəfinə Ankara vağzalında yola salınma mərasimi təşkil olunub.
Çindən gələn qonaq iş adamları üçün günləri qısaldır: Bu hələ başlanğıcdır - Sputnik Azərbaycan
Yük qatarının şərəfinə Ankara vağzalında yola salınma mərasimi təşkil olunub.

Mərasimə Türkiyənin Rabitə və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Ticarət naziri Ruhsar Pekcan, Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Çinin Şensi Bölgə Partiya Komitəsinin katibi Hu Heping, "Qazaxıstan Dəmir Yolu" ASC-nin İdarə heyətinin sədri Sayat Mınbayev, Gürcüstan Dəmir yolu idarəsinin rəsmiləri, bu ölkələrdən və səfirliklərdən çoxlu sayda insan qatılıb. Çıxışların ardından çalınan zənglə vağzala girən yük qatarı daha sonra oradan yola salınıb. Mərasimdə ayrıca olaraq iştirakçı ölkələr arasında "China Railway Ekspress"in Trans-Xəzər marşrutunun keyfiyyət baxımından yenidən təşkil olunmasına yönəlik protokol da imzalanıb.

Səfərov: Yaxın zamanda qatarların sayı artacaq

Sputnik-ə açıqlama verən Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib: "Bu gün çox önəmlidir, tarixi bir gündür. Xian şəhərindən çıxan bu qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Praqaya gedir və bu, prezidentlərimizin uzun illərdir həyata keçirdikləri siyasət – ölkələr arasındakı iqtisadi əlaqələrinin gücləndirilməsi, strateji tranzit xətlərinin ölkələrimizin və xalqlarımızın mənfəətinə xidmət etməsi baxımından çox önəmli bir iş oldu. Bu, hələ başlanğıcdır, düşünürük ki, yaxın zamanlarda qatarların və konteynerlərin sayı artacaq və ölkələr arasındakı iqtisadi əlaqələrin və münasibətlərin qurulmasına böyük töhfə verəcək".

Bundan sonra iştirakçı ölkələr arasındaki iqtisadi və ticarət əlaqələrinin güclənəcəyini də bildirən Səfərov qeyd edib: "Bu da xalqların rifahının yüksəldilməsinə xidmət edəcək, cəmiyyətləri birləşdirəcək. İxracatçılar və iş adamları üçün də işlərin görülməsi ilə bağlı çətinliklər və məsrəflər önəmli dərəcədə azalacaq. İndiyədək bu səfər üçün bir ay sərf edilirdisə, indi bu yüklər 18 günə Çindən Avropaya daşınacaq. Bu, ölkələr arasındakı digər iqtisadi proseslərin də güclənməsinə vəsilə olacaq".

Səfir İbrahim: "Bu, sadəcə bir nəqliyyat məsələsi deyil"

Mərasimdə iştirak edən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib: "Uzun illərdən sonra artıq İpək Yolu həyata keçdi, Çindən gələn məhsullar Avropaya çatır. Bu günləri burada, qardaş Türkiyəmizin paytaxtında görürük".

Səfir İbrahim, bunun sadəcə bir nəqliyyat məsələsi olmadığını da bildirib: "Eyni zamanda iqtisadi inkişafın insanların gündəlik həyatına da töhfəsi olacaq. Bu, sülhə də yol açacaq bir xətt və bir təşəbbüsdür. Bu yol çoxdandır mövcuddur və əgər əvvəllər bura ilə ipək gedirdisə, bu gün yüksək texnologiya məhsulları gedir".

© © Sputnik / Gözde OcakYük qatarının şərəfinə Ankara vağzalında yola salınma mərasimi təşkil olunub.
Çindən gələn qonaq iş adamları üçün günləri qısaldır: Bu hələ başlanğıcdır - Sputnik Azərbaycan
Yük qatarının şərəfinə Ankara vağzalında yola salınma mərasimi təşkil olunub.

Xəttin önəmli hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun da iki ölkə prezidentlərinin əməkdaşlığı sayəsində həyata keçirildiyini xatırladan İbrahim: "Bu gün yüklər keçir, inşallah, sabah da sərnişin daşınacaq və mədəniyyətlərin daha da yaxınlaşması üçün imkanlar açılacaq", - deyib.

"İqtisadiyyatlar güclü olarkən əlaqə olmasa, iqtisadiyyatı daha da inkişaf etdirmək çətin olur. İndi rabitə də var, iqtisadiyyatın gücü də var, gənc əhali də var və ən önəmlisi - siyasi iradə də var. Bunların hamısı bir araya gələndə bütün bu ölkələrə böyük töhfəsi olacaq", - deyə səfir əlavə edib.

Asiya ilə Avropa arasındakı məsafə 18 günədək azalır

Səfərinə Çinin Xian şəhərindən başlayan və elektronika növündən olan yükləri daşıyan "China Railway Ekspress" ümumi uzunluğu 820 metr olan 42 ədəd konteyner yüklü vaqonla 2 qitə, 10 ölkə və 2 dənizi aşaraq, 12 günə 11 min 483 km yol qət edəcək. Marmaray keçidindən istifadə edəcək "China Railway Ekspress"in səfəri Çexiyanın paytaxtı Praqada başa çatır.

© © Sputnik / Gözde OcakYük qatarının şərəfinə Ankara vağzalında yola salınma mərasimi təşkil olunub.
Çindən gələn qonaq iş adamları üçün günləri qısaldır: Bu hələ başlanğıcdır - Sputnik Azərbaycan
Yük qatarının şərəfinə Ankara vağzalında yola salınma mərasimi təşkil olunub.

Asiyadan Avropaya Türkiyədən keçərək birbaşa gedən ilk yük qatarının bu səfəri ilə "Dəmir İpək Yolu" da canlanır. Beləcə, Bakı-Tbilisi-Qars Dəmiryolu xətti Çinlə Türkiyə arasındakı yük daşıma müddətini 1 aydan 12 günə salaraq, Marmarayın bu xəttə inteqrasiya olmasıyla Uzaq Şərqlə Qərbi Avropa arasındakı məsafəni də 18 günə endirir.

Xəbər lenti
0