Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

On manat həyatımızı dəyişməz: Rəqəmlər bir şeyi deyir, gözlərimiz başqa şey görür

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов
Пачки азербайджанских манатов - Sputnik Azərbaycan
Abunə olmaq
"Minimum əmək haqqı artdığına görə və xüsusən vətəndaşlarımızın istehlak xərclərinin strukturunda dəyişiklik baş verdiyi üçün yaşayış minimumunun daha çox artırılmasına ehtiyac var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. 2020-ci il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı müvafiq qanun layihəsi parlamentə daxil olub.

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiyada işləyən azərbaycanlıların pensiya təminatına aydınlıq gətirildi

Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib. Beləliklə, növbəti ildə yaşayış minimumu 10 manat artırılır.

Gələn il üçün yaşayış minimumunun məbləği ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, indiki halda yaşayış minimumu ilə minimum əmək haqqı arasında fərq var: "2019-cu ildə ilk dəfə minimum əmək haqqı yaşayış minimumundan çox oldu. Minimum əmək haqqı artdığına görə və xüsusən vətəndaşlarımızın istehlak xərclərinin strukturunda dəyişiklik baş verdiyi üçün yaşayış minimumunun daha çox artırılmasına ehtiyac var. Biz əslində yaşayış minimumunun minimum əmək haqqına çatdırılmasının tərəfdarıyıq. Təklif edirik ki, yaşayış minimumu mərhələli şəkildə və daha qısa zamanda minimum əmək haqqı məbləğinə çatdırılsın".

Faizsiz pensiya problemi: "Bütün bankomatları prosesə cəlb etmək lazımdır">>

O bildirib ki, yaşayış minimumu müəyyən edilən zaman Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatlarından, o cümlədən inflyasiya göstəricilərindən istifadə olunur: "Amma etiraf etmək lazımdır ki, bu gün rəsmi inflyasiya səviyyəsi ilə bağlı göstəricilər reallığı tam olaraq əks etdirmir. Vətəndaşlar da, biz də istehlak bazarında elan olunan rəsmi statistika ilə müqayisədə daha çox qiymət artımları müşahidə edirik. O baxımdan bu, vətəndaşların xərcinə və xərc strukturuna təsir göstərir və nəticə etibarı ilə bunun da nəzərə alınması və yaşayış minimumunun mərhələli şəkildə, yəni növbəti 2 ildə minimum əmək haqqı səviyyəsinə çatdırılmasını təklif edirik".

"Yaşayış minimumu həm də ona görə vacibdir ki, bu, xüsusən də sosial yadımdan istifadə edənlərin aldığı sosial yardım məbləğinə bir başa təsir göstərir. Ona görə də biz 2020-ci ildə yaşayış minimumunun 220 manata çatdırılmasını, 2021-ci ildə isə bunun mövcud minimum əmək haqqı (250 manat) səviyyəsinə uyğunlaşdırılmasını təklif edirik", – deyə ekspert bildirib.

Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gözünüz aydın - Minimum pensiya artdı

Onun sözlərinə görə, apardıqları qiymətləndirmə göstərir ki, yaşayış minimumunun 220 manata çatdırılması daha məqsədəuyğun olar: "Bu, həm də vətəndaşların ünvanlı sosial yardım proqramı çərçivəsində daha böyük məbləğdə sosial yardım almasına imkan yarda bilər. O baxımdan yaşayış minimumunun daha çox artırılması və ümumiyyətlə, növbəti illərdə bunun minimum əmək haqqı səviyyəsinə çatdırılması məqsədəuyğundur".

Qeyd edək ki, "Yaşayış minimumu haqqında" qanuna görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.

Xəbər lenti
0