Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Prezident Sumqayıt üçün pul ayırdı

© Sputnik / Murad OrujovСимвол города Сумгайыт
Символ города Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Prezident fondundan pul ayırılıb

BAKI, 21 oktyabr — Sputnik. Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir: "Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın".

Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.

Xəbər lenti
0