21:20 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Feyxoa ayaqlar altda məhv olur

Qəfil qiyməti düşən can dərmanı ayaqlar altda məhv olur - FOTO

© Sputnik / Rahim Zakiroghlu
İQTİSADİYYAT
Qısa URL
14810

Ötən il feyxoanın nübarını 3 manatdan satan fermerlər bu il 10 qəpiyə alanı çıraqla axtarırlar. Heç Rusiya bazarına mal aparanlar da insaf etmirlər

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Astaranın Siyaku kəndində feyxoa yığımını səbirsizliklə gözləyən sitrus təsərrüfat sahibləri indi nə edəcəklərini bilmirlər. Yığım ötən həftə başlasa da, çoxlarının bağında meyvə qalıb çürüyür.

Kənd sakini-təsərrüfatçı Xəlil Zahirov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, ona məxsus 1 hektara yaxın feyxoa bağında bu il bol meyvə var: "Ötən il feyxoanın kilosunu topdansatış qiyməti 2 manat 50 qəpikdən, hətta 3 manatdan satmışdım. Bu il isə bəzi işbazlar satış başlayandan meyvəni 1 manat 50 qəpikdən almağa başladılar. Sonra qiymət 30-40 qəpiyə endi, indi isə heç alan da yoxdur.

Təsərrüfatçı Xəlil Zahirov
© Sputnik / Rahim Zakiroghlu
Emil atası Əbdülhüseyn Həbibovun bağında meyvələrin çürüdüyünü nümayiş etdirir

Yetişən meyvələr tökülür ağacların dibinə, çürüyür. Bu dəqiqə 1 hektar bağımda ağacların dibinə 5 tona yaxın feyxoa tökülüb, xarab olur. Külli miqdarda ziyan dəyib. Dəqiq zərəri meyvə yığılandan sonra hesablamaq olar. Kəndimizdə bütün feyxoa əkənlər bu problemlə üzləşiblər. Feyxoa çox xeyirli meyvədir, amma saxlama müddəti azdır. Bu gün qonşular Bakı bazarlarında feyxoanın 60-70 qəpiyə satıldığını dedilər. Rusiya bazarlarına aparmaq üçün isə hazırda kilosunu 40-50 qəpiyə sata bilirik. Dünən isə Gəncədən gəlib kilosunu 30 qəpikdən istədilər. Mən də həmin qiymətə satmağa məcbur oldum".

Digər fermer Əbdülhüseyn Həbibov da eyni problemlə üzləşdiyini bildirir.

Feyxoa ayaqlar altda məhv olur
© Sputnik / Rahim Zakiroghlu
Ötən il feyxoanın kilosunu 2 manat 50 qəpiyə satan fermerlər bu il 10 qəpiyə də sata bilmirlər

“Mənim də elə 1 hektara yaxın feyxoa bağım var. Sata bilmirik deyə, demək olar, bütün meyvələr yerə tökülüb, çürüyür. Mən hər il bağımdan 15-20 ton feyxoa dərirdim və 5 min manata yaxın gəlirim olurdu. Keçən ilə nisbətən bu il məhsul daha çoxdur, amma qiyməti aşağı olduğu üçün sata bilmirəm.

Feyxoaların qiyməti ölçüsünə görə dəyişir. İrilərin kilosunu burada bizdən 30-40 qəpiyə, xırdalarını isə 10 qəpiyə alırlar. Astarada bir kiçik meyvə tədarükü məntəqəsi var. Orada da məhsulumuzu kilosu 10 qəpikdən istəyirlər. Bizə məhsulu 10 qəpiyə toplamaq sərf eləmir. Çünki mən fəhlə işlədirəm, bir fəhlə 100 kilodan artıq feyxoa yığa bilmir.

Fəhlənin zəhmət haqqı ilə bir yerdə 100 kiloqram feyxoa 15 manata başa gəlir. Amma fəhlənin yığdığı məhsulu isə 10 manatdan alırlar, bu məbləğ də bizə sərf etmir. Buna görə də feyxoanı özüm ailə üzüvlərimlə bir yerdə gücümüz nə qədərinə çatırsa yığırıq. Yığa bilmədiklərim isə qalır bağda, çürüyür.

Hər il məhsullarımızı əsasən xarici bazarlara satmağa göndərərdik. Bu il isə anlamadım, nədənsə qiymətlər aşağı düşdü, xarici bazarlara da az sata bilirik. Hər il qazandığımın üçdə birini bu il qazana bilmirəm".

Feyxoa ayaqlar altda məhv olur
© Sputnik / Rahim Zakiroghlu
Astara ərazisində olan 3835 hektar sitrus meyvə bağlarının 750 hektarını feyxoa sahələri təşkil edir.

Siyaku sakini Hikmət Muradov isə keçənilki qiymətlərlə builki qiymətlər arasında çox böyük fərq olduğunu qeyd edir: “Ötən il feyxoanın nübarını 2 manat 50 qəpikdən satmağa başlamışdım. Bu il 1 manat 50 qəpikdən satırdım və dərhal da qiymət düşməyə başladı. İndi əgər Rusiya bazarlarına satış üçün verə biliriksə də, onun kiloqramını 50 qəpikdən alırlar. Özü də yaxşılarını. Mənim hazırda 200 məhsuldar feyxoa ağacım var, haradasa 6-7 tona yaxın meyvəsi var. Mən isə bu il 2 tona yaxın feyxoa sata bilmişəm. Ötən illə müqayisə etsək, o vaxt 3 ton məhsul satıb 2500 manat qazanc əldə etdim. Bu il keçənilki qiymətlə 6 ton məhsulumu satsaydım, 8 min manata yaxın qazancım olardı. Lakin bu günə kimi mən min manatdan bir qədər artıq qazanmışam.

  • Feyxoa ayaqlar altda məhv olur
    Feyxoa ayaqlar altda məhv olur
    © Sputnik / Rahim Zakiroghlu
  • Feyxoa ayaqlar altda məhv olur
    Feyxoa ayaqlar altda məhv olur
    © Sputnik / Rahim Zakiroghlu
  • Feyxoa ayaqlar altda məhv olur
    Feyxoa ayaqlar altda məhv olur
    © Sputnik / Rahim Zakiroghlu
1 / 3
© Sputnik / Rahim Zakiroghlu
Feyxoa ayaqlar altda məhv olur

Bizə yaxın ərazilərdə, Astarada, qonşu Lənkəranda ya kompot sexləri, yaxud digər meyvə tədarükü sexləri, konserv zavodu olsa, bizim çəkdiyimiz zəhmət bada getməz. Mən inanıram ki, bizim səsimizi eşidəcəklər. Biz də əldə etdiyimiz məhsulu həmin sexlərə versək, biz də qazanarıq, onlar da".

Fermerlər onu da bildirdilər ki, heç bir konserv zavodu və ya kompot sexi feyxoa almaq üçün onlara müraciət etməyib. Qeyd edək ki, Astara ərazisində olan 3835 hektar sitrus meyvə bağlarının 750 hektarını feyxoa sahələri təşkil edir.

Əlaqədar

Astarada qızğın iş gedir: nübarı Rusiyaya göndərirlər
Astaranın ətirli "zümrüdləri": Yeni ilin dadlı rəmzi süfrələrə yol alır
“Almanı atdım xarala...” – Qubada ənənəvi alma festivalı necə keçdi
Əkinçi çətin durumda: həyat qədər dəyərli nemət zərər verməyə başlayıb
İstəyirsən bal-çörək, al əlinə bel, kürək: Cənnət məhsulunun qiymətini necə aşağı salaq

Əsas mövzular