CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda layihələrin maliyyələşdirilməsi gələcəyə qoyulan investisiyadır - Aİ rəsmisi

Abunə olmaq
Maraqosun sözlərinə görə, Avropa İttifaqı Transavropa layihəsi çərçivəsində regionda dəmiryolu infrastrukturunun yaradılması üçün iki milyard avrodan çox investisiya ayırmaq niyyətindədir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr - Sputnik. “Son 10 il ərzində Azərbaycanla əməkdaşlıqda bir sıra nailiyyətlər əldə olunub. Lap əvvəldən bu proses ortaq səylər əsasında həyata keçirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə rəhbəri Vasilis Maraqos bildirib.

"Biz Azərbaycanla əməkdaşlığın prioritetlərinə dair sazişin şərtlərini razılaşdırmışıq. Hazırda biz daha böyük və geniş tələbləri gündəmə gətirən tərəfdaşlıq haqqında sazişi razılaşdırırıq. Bu saziş bizim ikitərəfli əməkdaşlığımızı yeni bir müstəviyə salacaq. Biz hesab edirik ki, Azərbaycanda layihələrin maliyyələşdirilməsi gələcək üçün həmrəyliyimizə qoyulan töhfədir. Ümumilikdə biz çox şeyə nail olmuşuq", - deyə Maraqos vurğulayıb.

O qeyd edib ki, Avropa İttifaqı son on ildə Azərbaycanda özəl sektorda üç mindən çox yeni iş yerinin açılmasına müvəffəq olub: "İttifaqın keçirdiyi proqrama üzv olan digər ölkələrdə bu rəqəmlər daha yüksəkdir, ona görə də Azərbaycanda bu istiqamətdə görəcəyimiz işlərin potensialı daha çoxdur. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət və investisiya əməkdaşıdır”.

Флаги ЕС - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır - Yankauskas

Maraqosun sözlərinə görə, Avropa İttifaqı Transavropa layihəsi çərçivəsində regionda dəmiryolu infrastrukturunun yaradılması üçün iki milyard avrodan çox investisiya ayırmaq niyyətindədir.

O qeyd edib ki, tərəflər arasında əməkdaşlığın inkişafına təhsil sahəsində həyata keçirilən ERASMUS proqramı da öz töhfəsini verir: "Bu proqram tərəfdaş ölkələrdən olan gənc insanlara Avropada təhsil imkan verir. Gənclərə yatırılan investisiya olduqca önəmlidir".

Maraqos xatırladıb ki, 2020-ci ilin birinci yarısında Brüsseldə Aİ-nin tərəfdaşlıq proqramının yeni prioritetləri müzakirə olunacaq.

O, həmçinin bildirib  ki, Avropa İttifaqı Lənkəran rayonunda aqrar-sənaye komplekslərinin inkişafına maliyyə dəstəyi verməyə hazırlaşır: "Bu məqsədlə 13 milyon avro ayrılıb və layihənin 2020-ci ildən icrasına başlanılacaq".

Qeyd edək ki, bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə tərəfdaşlıq mövzusunda struktur məsləhətləşmələri keçirir. Tədbirdə Aİ Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə rəhbəri Vasilis Maraqosun rəhbərliyi ilə Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə nümayəndə heyəti təmsil olunur. Azərbaycan tərəfini Parlament üzvləri, dövlət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil edirlər.

Xəbər lenti
0