21:58 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Manat, arxiv şəkli

Regionlarda sahibkarların alternativ maliyyə mənbələrinə çıxış imkanları artırılır

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
49 0 0

"Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması" layihəsi çərçivəsində "Şərikli biznes" mövzusunda treninq keçirilib

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən həyata keçirilən "Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması" layihəsi çərçivəsində "Şərikli biznes" mövzusunda treninq keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) şöbə müdiri Elməddin Hacıyev çıxış edərək KOBİA-nın ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəklənməsindən, fəaliyyətlərini tənzimləməsindən, eləcə də maraqlarının qorunmasından və problemlərinin həllində iştirak edərək, xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətini və qadın sahibkarlığının inkişafını təşviq etməsi istiqamətində gördüyü işlərdən, həmçinin Agentliyin qarşısında duran məsələlərdən danışıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev
© Sputnik / Kemale Aliyeva
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev

Treninqi İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev keçirib. O, "Şəxsi biznesin qurulmasına maraq", "Uğurlu ortaqlığın təminatı, ortaqlar arasında anlaşma sənədinin hazırlanması", "Birgə biznesin formaları, bacarığa görə ortaqlıq modelləri", "Biznesdə birgə fəaliyyət və onu uğursuzluğa aparan səbəblər" və digər mövzularda iştirakçılara geniş məlumat verib.

Tədbirdə dövlət qurumlarının ekspertləri, şərikli biznesdə maraqlı olan təşəbbüskarlar, sahibkarlar və QHT nümayəndələri iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Əsas mövzular