Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gözünüz aydın - Minimum pensiya artdı

© pixabay / stevepbQoca kişi əlləri, arxiv şəkli
Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Pensiyanın minimum məbləğinin 160 manatydan 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək

BAKI, 1 oktyabr — Sputnik. Bu gündən Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib.

Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizdə əmək pensiyasının minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb.

Pensiyaçı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Şad xəbər gəldi – Artıq pensiya üçün yığdığınız pul “öz-özünə” artacaq

"Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Qeyd edək ki, minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb və həmin artım 233 min vətəndaşı əhatə edib.

Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.

Xəbər lenti
0