Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan BVF-nin iqtisadi islahatlarla bağlı iradlarına dözməlidir

© REUTERS / Yuri GripasBeynəlxalq Valyuta Fondunun emblemi
Beynəlxalq Valyuta Fondunun emblemi - Sputnik Azərbaycan
Abunə olmaq
BVF-nin qiymətləndirməsi və Azərbaycanın gələcək inkişafı ilə bağlı verdiyi xülasələr karbohidrogen ehtiyatları ilə zəngin inkişaf etməkdə olan bir ölkə üçün şablon hesab edilə bilər.

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatları, o cümlədən Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı ölkənin imici üçün vacibdir. Bununla belə, son on ildə respublikamız dünyanın kapital bazarında kreditor ölkə kimi çıxış edir.

Здания Международного валютного фонда в Вашингтоне. Архивное фото - Sputnik Azərbaycan
Beynəlxalq Valyuta Fondu bankirləri görüşə çağırdı

Beynəlxalq Valyuta Fondu (BVF) ümumilikdə Azərbaycanın ölkəni iqtisadi böhrandan çıxarmaq üçün həyata keçirdiyi iqtisadi siyasətdən razıdır. Lakin fondun bir sıra tövsiyələrinin icrası çox vaxt ləngiyir.

Təşkilatın saytında verilən məlumata görə, bu barədə bu ilin sentyabrında BVF İcra Şurası ilə Azərbaycan hökuməti arasında Fondun Nizamnaməsinin IV maddəsi üzrə aparılan məsləhləşmələrin yekunu barədə materiallarda deyilir.

BVF-nin qiymətləndirməsi və Azərbaycanın gələcək inkişafı ilə bağlı verdiyi xülasələr karbohidrogen ehtiyatları ilə zəngin inkişaf etməkdə olan bir ölkə üçün şablon hesab edilə bilər.

Xüsusilə, BVF-nin 2017-ci ildə IV maddə üzrə Azərbaycan hökumətinə verdiyi tövsiyələr arasında olan neftin qiymətindən asılılığı azaltmaq məqsədilə Ümumdünya Ticarət Təşkilatına üzv olmaq və iqtisadiyyatın şaxələndirilməsi prosesinə ayrılan vaxt artıq başa çatıb.

Bu tövsiyələrin icrası ilə əlaqədar olaraq, BVF Azərbaycan hökumətinin ÜTT-yə üzvlük məsələsində uğursuzluğa düçar olduğunu bildirib. Təşkilat ölkəmizdə qeyri-neft sektorunda artımı vurğulamaqla yanaşı, ixracatda karbohidrogen ehtiyatlarının payının hələ də çox yüksək olduğunu qeyd edib.

BVF-nin başqa bir iradı Azərbaycan Mərkəzi Bankının milli valyutanın - manatın məzənnəsi ilə bağlı siyasətinə aiddir. Burada qeyd olunur ki, 2017-ci ilin aprel ayından etibarən milli valyutanın məzənnəsi 1 ABŞ dollarına görə 1,7 manat səviyyəsində qalarkən, bölgə ölkələri və Azərbaycanın ticarət tərəfdaşları öz milli valyutalarını dəyərsizləşdiriblər.

Купюры евро - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib

BVF ekspertlərinin Azərbaycan hökumətinə verdiyi tövsiyələrdə ümumi həqiqətlər izlənilir ki, bunlar da, sözsüz ki, özəl sektorda gənclər üçün yeni iş yerlərinin açılması zərurəti barədə açıqlamanı özündə cəmləşdirir. Lakin fondun bu təklifi Azərbaycanın ÜTT-yə daxil olmasını sürətləndirməsilə bağlı tövsiyəsinə ziddir. Çünki dövlət subsidiyaları və güzəştləri hesabına yerli istehsalçıların müdafiəsini təmin etmədən, investorların istehsal və yeni iş yerləri açması qeyri-mümkündür.

Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərə baxmayaraq, ölkədə milli iqtisadiyyatda dollarlaşmanın yüksək səviyyədə qalması barədə deyilənləri də qulaqardına vurmaq olmaz. Ancaq dollarlaşma səviyyəsini azaltmaq üçün ilk növbədə, 2015-ci ildə milli valyutanın ikiqat devalvasiyasından sonra əhalinin manata olan sarsılmaz inamını geri qaytarmaq lazımdır. Eyni zamanda manatın dollara nisbətdə məzənnəsini yumşaltmaq üçün üzən məzənnə ilə bağlı tövsiyələri, əhalinin vəsaitlərinin milli valyutada saxlanmasına öz töhfəsini verə bilməz.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının açıqlamalarına görə, milli valyutanın möhkəmlənməsinin qarşısını almaq üçün artıq dollar kütləsi valyuta bazarından çıxarılır. AMB sədri Elman Rüstəmovun sözlərinə görə, burada söhbət bir milyard dollardan artıq olan profisiti sterilizasiya etməkdən gedir. Yəni Azərbaycan hökuməti milli valyutanın dollar qarşısında möhkəmlənməsinin qarşısını almaq problemini həll edir.

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
Mərkəzi Bank milli valyutamızın məzənnəsini qaldırdı

Azərbaycanın bəxti onda gətirib ki, islahatların aparılması üçün BVF-nin vəsaitlərinə ehtiyac duymur, əks halda, beynəlxalq maliyyə qurumunun bir sıra tövsiyələrinin yerinə yetirilməsi milli iqtisadiyyatın böyüməsinin ləngiməsinə səbəb ola bilərdi. Eyni zamanda Azərbaycanın BVF ilə onun IV Nizamnaməsi çərçivəsində əməkdaşlığı dayandırmasına ehtiyac yoxdur. Çünki xarici ekspertlərin qiymətləndirməsi və proqnozları əbəs deyil. Onların tövsiyələri isə yalnız ölkəyə xeyir verəcəyi təqdirdə qəbul edilə bilər. Unutmaq olmaz ki, BVF-nin milli iqtisadiyyatda qazanılan uğurlar barədə verdiyi açıqlama, potensial xarici investorların qarşısında Azərbaycanın imicinə müsbət təsir göstərir.

Azərbaycan Beynəlxalq Valyuta Fonduna 18 sentyabr 1992-ci ildə qoşulub. 1995-2005-ci illərdə BVF proqramları çərçivəsində iqtisadi islahatları dəstəkləmək üçün Azərbaycana 577,3 milyon dollar məbləğində güzəştli kredit verilib. Azərbaycan hökuməti artıq bu kreditləri tam şəkildə ödəyib.

2006-cı ildən etibarən Azərbaycanla BVF arasında əməkdaşlıq Fondun Nizamnaməsinin IV maddəsi və makroiqtisadi siyasətin əsas sahələrində texniki yardım missiyaları vasitəsilə aparılan məsləhətləşmələr çərçivəsində həyata keçirilir.

Xəbər lenti
0