CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhlənizi tökəcəklər, amma pulunuz cibinizdə qalacaq

CC BY 2.0 / CafeCredit.com / credit cardКредитная карта, фото из архива
Кредитная карта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Son nəticədə vətəndaşlarımız bilməlidir ki, bu, onların xeyrinə olan bir addımdır və kartların təhlükəsizliyi üçün edilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Gələn ildən Azərbaycan banklarının plastik kart istifadəçiləri statik 3D kodlarından yararlana bilməyəcəklər. "Report"un bank sektorundakı mənbədən əldə etdiyi məlumata görə, "Visa International" və "Mastercard" beynəlxalq kart təşkilatları yerli banklara bununla bağlı qadağa qoyub. Beləliklə, 2020-ci ildən ölkədə yalnız dinamik 3D kodlarından istifadə etmək mümkün olacaq. 

Mərkəzi bank - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank manatın taleyi ilə bağlı vacib qərar verdi
Beynəlxalq şirkətlər qadağanı statik kodların təhlükəsizlik baxımından etibarsız olması ilə əlaqələndiriblər. Statik kodları kart sahibləri bir dəfə müəyyən edir və əməliyyatlar zamanı həmişə ondan istifadə edirlər. Bu isə statik kodların ələ keçirilməsini asanlaşdırır. Dinamik kodlar isə daima yeni olur. 

Qadağa ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, beynəlxalq kart təşkilatları tərəfindən belə bir tələbin olduğunu deyib: "Hazırda mövcud olan kod ilə müəyyən dələduzluq əməliyyatlarının aparılması asanlaşır. Çünki dələduzlar da müasir informasiya texnologiyalarını bilirlər, öyrənirlər, daima biliklərini o sahədə təkmilləşdirirlər. Kod daimi olanda dələduzlar müxtəlif yollar ilə onu əldə edib həmin kartlar ilə əməliyyatlar aparırlar. Dinamik kodu isə bank vaxtaşırı dəyişə bilir və bunu təbii ki, yalnız kart sahibi bilir. Bütövlükdə beynəlxalq kart təşkilatları bu addımı ona görə atır ki, kartların etibarlılığı artsın, yəni kart müştəriləri, kart istehlakçıları bu kartlardan daha təhlükəsiz istifadə etsin".

Əmanətin kvadratı - "Banklar əllərində olan pulla nə edəcəyini bilmir">>

Onun sözlərinə görə, son vaxtlar bizdə də kartda olan vəsaitin oğurlanması halları yayılıb: "Bütün bunların qarşısını almaq üçün bu addımı atırlar. Artıq xeyli ölkə bu yeni sistemə keçib. Ümumiyyətlə, bizim banklarımız 2015-ci ildən sonra informasiya texnologiyalarına vəsait qoymurlar, yəni vəsaitə qənaət edirlər. Banklarımız bu sistemə keçməyə məcburdurlar. Düşünürəm ki, ola bilsin ölkə daxilində kartlarımızdan müddətlərinin sonunadək istifadə etmək mümkün olacaq. Amma həmin kartlardan xaricdə istifadə edə bilməyəcəyik. Ona görə də yavaş-yavaş banklar kartlarımızı dəyişdirəcək. Onsuz da kartlar müəyyən müddətə verilir, yəni daimi deyil".

"Son nəticədə vətəndaşlarımız bilməlidir ki, bu, onların xeyrinə olan bir addımdır və kartların təhlükəsizliyi üçün edilir. Burada müxtəlif texnologiyalar var. Dinamik kodlar əsasən vətəndaşın telefonuna gələ bilər və s. Burada çətin bir şey yoxdur. Kod daim dəyişəcək və vətəndaş da bunu biləcək. Bu, güman ki, bankomat ilə aparılan əməliyyatlara da aid olacaq" - ekspert qeyd edib.

Xəbər lenti
0