Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hər parlayan qızıl imiş – “Güvənli liman” niyə bahalaşır?

© AFP 2023 / MANJUNATH KIRANQızıl dükanı, arxiv şəkli
Qızıl dükanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərbaycanda qızıl emalı müəssisələrinin açılması gəlirlərin artmasında mühüm rol oynayan faktora çevrilə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatına görə, avqustda qlobal miqyasda qızıl fondlarına təxminən 6 milyard dollarlıq pul axını baş verib. Fondların aldığı qızılın miqdarı iyul ayı ilə müqayisədə 122,3 ton artımla 2733 tona çatıb.

Нефть, фото из архива - Sputnik Azərbaycan
Neft kəskin bahalaşıb, sonra necə olacağını heç kim bilmir

İqtisadçı-ekspert Natiq Cəfərli qızıla tələbatın artmasını Sputnik Azərbaycan-a şərh edib.

Ekspert bildirib ki, qızıl həmişə dünyada "güvənli liman" rolunu oynayıb: "Dünya ticarətində gərginlik artan kimi investorlar öz yatırımlarını qızıla çevirməyə üstünlük verirlər ki, "güvənli liman" kimi investisiyalarını qoruya bilsinlər. Bu da qızıla olan tələbatı artırır və onun qiyməti getdikcə artır. Çin ilə ABŞ arasında gedən ticarət müharibələri, İran ilə ABŞ arasında hərbi-siyasi gərginlik, Rusiyaya qarşı sanksiyaların daha da genişləndirilməsi son vaxtlar qızılın qiymətinin artmasına təkan verən amillərdir".

Onun sözlərinə görə, dünyada ticarət müharibələrinin, valyuta müharibələrinin, geosiyasi gərginliyin artması qızılın qiymətinin yüksəlməsinə səbəb olan əsas amildir: "Ola bilər ki, yaxın aylarda, yaxın həftələrdə qızılın qiymətində növbəti yüksəlişlər müşahidə olunsun. Amma qızılın qiymətinin bahalaşması iqtisadi amillərlə bağlı deyil, əsasən ticarət müharibələrinin və geosiyasi gərginliyin nəticəsidir. Siyasi gərginliklər, ticarət müharibələri azaldıqca, ticarət anlaşmaları imzalandıqca yenidən qızılın qiymətində enmələri müşahidə etmək mümkün olacaq".

Золотые слитки, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qara qızıl sarı qızıla çevrilir, özü də inanılmaz sürətlə

O, bildirib ki, qızıl Azərbaycana kifayət qədər gəlir gətirə biləcək bir sahədir: "Artıq Azərbaycanın xarici ticarət dövriyyəsində qızılın payı hər il artır. Qızıl Azərbaycanda çıxarılandan sonra İsveçrəyə emala göndərilir. Bu da əlavə xərclər tələb edir, qızıldan gələn gəlirlərin azalmasına səbəb olur. Ona görə də Azərbaycanda qızıl emalı müəssisələrinin açılması gəlirlərin artmasında mühüm rol oynayan faktora çevrilə bilər".

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında "AzerGold" QSC 34.678 unsiya qızıl istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz çoxdur. Hesabat dövründə QSC tərəfindən istehsal olunmuş gümüşün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 63.698 unsiyaya çatıb.

Xatırladaq ki, ABŞ-ın qlobal investisiya bankı olan "Citigroup Inc" hesabatında qızılın uzun müddət qiymətinin qalxacağını, yaxın bir və ya iki il ərzində unsiyasının 2000 dollar səviyyəsini aşacağını qeyd edib. Qlobal maliyyə şirkəti "Merrill Lynch International" da qızılın qiymətinin 2 min dollara qədər qalxa biləcəyini gözləyir.

Xəbər lenti
0