Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avro yığanların nəzərinə - Ekspert proqnozunu açıqladı

© AFP 2023 / MIGUEL MEDINAAvro, arxiv şəkli
Avro, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Avro dollara nisbətən dəyər qazanmayacağı halda, Azərbaycanın valyuta bazarında da möhkəmlənməyəcək"

BAKI, 13 sentyabr — Sputnik. "Avropa Mərkəzi Bankı depozit faizlərinin – 0.40 faizdən -0.50 faizədək endirilməsi barədə qəbul etdiyi qərar valyuta bazarına hələlik təsirsiz ötüşsə də, bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyli azaltdı".

Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Dollar üçün daha bir bəd xəbər - Tramp yeni oyun başlayır

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov "Facebook" səhifəsində yazıb.

O, bildirib ki, Avropa Mərkəzi Bankı nisbətən yumşaq qərar qəbul etsə belə, hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşılmır: "Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür. Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin, xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırılmayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanlarda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilmir".

"Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollar kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda, bizim valyuta bazarında da möhkəmlənməyəcək" – deyə ekspert yazıb.

Xəbər lenti
0