Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Xammalımız da var, bazarımız da – İndi “bizi öyrədənlər” gəlir

© AFP 2023 / PHILIPPE LOPEZTekstil sənayesi, arxiv şəkli
Tekstil sənayesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Tekstil sənayesini güclü inkişaf etdirmək üçün ölkə daxilində yarımfabrikatlar istehsal edilməlidir”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Pakistan Azərbaycanda tekstil sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, Pakistanın Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının vitse-prezidenti Zahid Şinvari Azərbaycanda tekstil sahəsinə investisiya yatırmaq niyyətində olduqlarını bildirib: "Azərbaycan bir çox məhsulları Türkiyədən idxal edir. 

Работницы текстильной фабрики в Манагуа - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda 7 müasir texnologiyalı tekstil fabriki var imiş
Biz isə tekstil, neft-kimya və digər məhsulları Azərbaycanda istehsal etmək istəyərdik. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla da bölüşmək niyyətindəyik. Azərbaycanın rayonlarında pambıq yetişdirilir. Bu sahədə böyük potensial var. Biznesmenlər azərbaycanlı həmkarları ilə görüş zamanı bu imkanları da nəzərdən keçirəcəklər".

Ekspertlər Azərbaycanda tekstil sənayesinin potensialını, Pakistanla birgə müəssisələrin yaradılmasını Sputnik Azərbaycan-a şərh ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Müslüm İbrahimov deyib ki, Azərbaycanda pambıqçılığın və ipəkçiliyin inkişafına böyük diqqət yetirilir: " Pakistanda tekstil vasitəsilə əldə edilən kapitalın digər ölkəyə investisiya formasında daxil olması normaldır. Yəni tekstildən əldə edilən investisiya yenə də tekstil sahəsinə daxil olacaq. Xammal istehsalında xərclərin azaldılması, təminatlı tədarükün aparılması da onu göstərir ki, artıq Azərbaycanda inkişaf edən tekstil bazarı yaradılır. Azərbaycanda tekstil bazarı inkişaf etməkdədir".

"Tekstil bazarını daha da inkişaf etdirmək üçün xammalın istehsalını artırmaq, yarımfabrikat emal məhsullarına keçmək lazımdır. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanması vacibdir. Azərbaycan Pakistan ilə birgə müəssisələr yaratsa, bu, məhsullarımızın xaricə çıxması üçün yol ola bilər" – deyə ekspert bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov da deyib ki, Azərbaycanda tekstil sənayesinin inkişafı üçün perspektiv var: "Tekstil sənayesini güclü inkişaf etdirmək üçün ölkə daxilində yarımfabrikatlar istehsal edilməlidir.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sənaye parkları hesabına 5 milyard manat sərmayə cəlb edilib
 Parçalar Çindən və ya Türkiyədən gətirilir və bu da maya dəyərini artırır. Beləliklə, bizim istehsal etdiyimiz məmulat Türkiyədən gətirilən məmulatdan qat-qat baha başa gəlir. Ona görə də əvvəlcə Azərbaycanda parça istehsalını inkişaf etdirmək lazımdır ki, tekstil sənayesini tərəqqi etdirə bilək".

O bildirib ki, Azərbaycanın bu sahədə potensialı var: “Çünki pambığımız, yunumuz, ipəyimiz var. Yəni xammalımız kifayət qədər var, amma onu ixrac edirik. Ölkəmizdə zavodlar, fabriklər olsa, bu sahə çox inkişaf edər. Bizdə tekstil bazarı da mövcuddur. Məsələn, Rusiyanın cənub tərəfləri bütün tekstil məhsullarını Azərbaycandan alırlar, hansı ki, Türkiyədən gətirilən məhsullardır. Amma öz istehsal etdiyimiz məhsullar olsa, daha çox gəlir əldə edərik. Hətta pambıqdan parça hazırlayıb satmaq daha xeyirlidir. Tekstil sənayesini inkişaf etdirmək üçün böyük vəsaitə də ehtiyac yoxdur”.

Xəbər lenti
0