04:39 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması

Daha qorxumuz yoxdur – Alman liftlərində “uçacağıq”

© BŞİH-nin mətbuat xidməti
İQTİSADİYYAT
Qısa URL
757 0 0

Nizami və Qaradağ rayonlarında çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür

BAKI, 21 avqust — Sputnik. Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanıb.

Lift
© Sputnik / Murad Orujov
 Müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

O, bildirib ki, ötən ay 63 ədəd liftin Bakıya gətirilərək, pilot layihə kimi paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanılıb. Eyni zamanda, Qaradağ rayonunda da çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür. Bir neçə gün əvvəl "Lifttəmir" İstehsalat Birliyinin "Wittur Holding GMBH" şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək, alınan liftlərin sayı 145-ə çatdırılıb. Xaricdən göndərilmiş liftlər və digər avadanlıq Bakıda tələb olunan gömrük prosedurlarını keçərək "Lifttəmir" İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib.

  • Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması
    Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması
    © BŞİH-nin mətbuat xidməti
  • Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması
    Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması
    © BŞİH-nin mətbuat xidməti
  • Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması
    Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması
    © BŞİH-nin mətbuat xidməti
1 / 3
© BŞİH-nin mətbuat xidməti
Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması

İlkin mərhələdə gətirilən bu liftlər qısa vaxt ərzində həm pilot rayon kimi seçilmiş Nizami rayonunda, eləcə də Qaradağ rayonundakı çoxmərtəbəli binalarda quraşdırılır. Hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatıb və burada quraşdırılmış liftlərin Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət komissiya tərəfindən istismara qəbulu işləri görülür.

Eyni zamanda, Nizami rayonu Naxçıvanski küçəsi və Qara Qarayev prospektindəki 3 yaşayış binasında da 22 ədəd yeni lift quraşdırılıb, Qaradağ rayonu Müşviq qəsəbəsində və rayondakı "E" yaşayış massivindəki binalarda 21 ədəd yeni liftlərin quraşdırılaraq müvafiq qaydada təhvil verilməsi başa çatmaqdadır. Ümumilikdə isə bu gün Nizami rayonunda 39, Qaradağ rayonunda isə 42 ədəd yeni liftin quraşdırılması işi həyata keçirilir.

KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. İşlər çərçivəsində köhnə liftlər demontaj edilib, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunub, otaqların üstünə ruberoid çəkilib. Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı YPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Eyni zamanda, 542 ədəd lift üçün bir məntəqədən idarəetmə dispetçer sistemi qurulacaq və liftlərin göstəriciləri daim nəzarətdə olacaq.

Görmə qabiliyyəti məhdud olan şəxslərin liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbə göstəriciləri brayl əlifbası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.

Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. İlin sonuna kimi gətiriləcək bütün liftlərin quraşdırılması nəzərdə tutulub. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.

Əsas mövzular