04:42 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Qadın qəpikləri sayır, arxiv şəkli

Utopiyanın real Azərbaycan variantı: Bir hektara 70 qəpik vergi...

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
50 0 0

"Relax" istirahət mərkəzinin bu ilin 7 ayında cəmi 972 manat vergi ödəməsi 20 obyekti olan istirahət mərkəzində hər bir obyektin qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirməsi deməkdir

BAKI, 20 avqust — Sputnik. İqtisadçı Vüqar Bayramov "Relax" istirahət mərkəzinin 7 ayda 972 manat vergi ödəməsi faktını şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, o bu barədə öz "Facebook" səhifəsində yazıb. V. Bayramovun sözlərinə görə, "Relax" istirahət mərkəzinin bu ilin 7 ayında cəmi 972 manat vergi ödəməsi 20 obyekti olan istirahət mərkəzində hər bir obyektin qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirməsi deməkdir.

"Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub. 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadədə 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm, hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır. Aydındır ki, "Relax" az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda "himayəçiliyin" aradan qaldırılmasından asılı olacaq",-  deyə o qeyd edib.

Əlaqədar

İqbal Məmmədov üzrxahlıq etdi: “Baş verənləri pisləyirəm”
Deputat İqbal Məmmədovun oğlu həbs edildi – RƏSMİ
Nazirliyin əməkdaşlarının döyülməsi təsdiqləndi – Xəstəxanaya yerləşdiriliblər
Teqlər:
istirahət mərkəzi, obyekt, torpaq sahəsi, vergidən yayınma, vergi borcu, vergi

Əsas mövzular