Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yarım milyonunuz varsa, ölkəmizdə yaşaya biləcəksiniz

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Miqrasiya Məcəlləsinə edilən yeni dəyişiklik əcnəbi sahibkarlar üçün ölkəmizdə geniş imkanlar yaradır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Miqrasiya Məcəlləsinə yeni dəyişiklik edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onlara daimi yaşama icazələrinin ləğv edilməsi qaydası dəyişir. 

Yəni, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsasında yaşama icazəsi alan şəxslər bir il müddətində ölkəmizdən kənarda olsalar belə onların yaşama icazəsi qüvvədə qalır. Əvvəlki qanunvericilikdə isə sahibkarlıq fəalliyyəti ilə məşğul olduğu üçün Azərbaycanda yaşama icazəsi alanlar 180 gündən çox ölkə hüdudlarından kənarda olduqda, onların bu icazəsi qüvvədən düşürdü. Bu isə əcnəbi sahibkarların haqlı narazılığına səbəb olmuşdu.

Belə ki, artıq Azərbaycanda da onların sahibkar kimi dünyanın əksər ölkələrinə işlə bağlı səfər etməli olduqları nəzərə alınaraq, bu tələb aradan qaldırıldı. Həmçinin bundan sonra ölkə iqtisadiyyatına 500 min manat məbləğində investisiya yatıran şəxslər də bir il müddətində ölkəmizdən kənarda olsalar belə, onların yaşama icazəsi qüvvədə qalacaq. Növbəti illərdə onlar Azərbaycan iqtisadiyyatına yatırdıqları 500 min manat sərmayəni geri götürməsələr, bu hüquqlarından istifadə edə biləcəklər.

Xəbər lenti
0