CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nağdsız ödəmələri çətinə salan səbəb - Araşdırma

© pixabay / JESHOOTSБанковская карта, фото из архива
Банковская карта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəlkə də azsaylı ölkələrdən biriyik ki, biz mobil operatorlarımızı maliyyə-bank sektorunun, rəqəmsal ödənişlər sektorunun iştirakçısına çevirə bilməmişik

Zülfiyyə Quluyeva, Sputik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Ölkəmizdə əmək haqlarının plastik kart vasitəsilə verilməsi nağdsız əməliyyatların aparılmasına şərait yaratsa da, POS-terminalların az olması zəncirvari aparılan bu prosesi yarıda qoyub.

İndi əmək haqlarını, pensiya və müavinətləri plastik kart vasitəsilə alan vətəndaşlar POS-terminalların az olması, bəzi ticarət və iaşə obyektlərində isə ümumiyyətlə olmaması üzündən vəsaiti nağdlaşdırmaq məcburiyyətində qalırlar. Bu isə ölkə üzrə nağdsız ödənişlərin səviyyəsini günü-gündən aşağı salır.

Оплата картой - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Turizm ölkəsində ödəmə problemi: Qərar var, amma işlək deyil

Bir neçə gün əvvəl sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə bu problemə toxunan Prezident İlham Əliyev bu sahədə çox ciddi addımlar atılmalı olduğunu söyləyib: "Biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər".

Prezident bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir. İlham Əliyev bu məsələnin təhlil edilməsi və ciddi addımlar atılması ilə bağlı tapşırıq verib.

Qeyd edək ki, Vergilər nazirinin müavini Sahib Ələkbərov da ötən ay bu məsələyə toxunaraq Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayının azaldığını, 80 mindən 67 minə düşdüyünü dilə gətirmişdi. Nazir müavini bildirmişdi ki, ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmirlər.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Haqq ödəməyən banklar cərimələnəcək

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı da əksər iaşə obyektlərində POS-terminalların ümumiyyətlə olmadığı üzə çıxıb. Bir neçə istirahət mərkəzində ödənişi POS-terminal vasitəsilə aparmaq cəhdimiz uğursuz olub. Xüsusilə dənizkənarı istirahət məkanlarında müştəri bolluğu müşahidə olunsa da, POS-terminal yoxdur. "Aqua Park Şıxov" istirahət məkanında girişdə ödənişi POS-terminal vasitəsilə etməyə cəhd etsək də, kassadan nağdsız ödəniş aparılmadığını söylədilər. Elə istirahət məkanında digər xidmətlərə görə də POS-terminal olmadığından ödənişi nağdsız aparmaq cəhdimiz uğursuz oldu.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyir ki, nağdsız hesablaşmanı artırmaq üçün stimullaşdırma, həvəsləndirmə çox vacibdir: "Bu sahədə bir sıra addımlar atılsa da, yetərli deyil. Məsələn, tutaq ki, sizin bankdakı VÖEN hesabınıza vəsait daxil olub. Təbii ki, siz bu vəsaiti banka getmədən kart hesabınıza köçürdüb nağdsız istifadə etmək istəyəcəksiniz. İndiki halda bu mümkünsüzdür. Mövcud tənzimləmə bu vəsaiti mütləq şəkildə nağdlaşdırmağa məcbur edir. Bunun üçün siz gərək mütləq banka gedəsiniz, vəsaiti nağdlaşdırasınız və sonra da istəsəniz, karta köçürmə edəsiniz. İzahı olmayan vəziyyətdir. Səbəb isə nağdlaşdırma ilə bağlı 1%-lik verginin mövcud olmasıdır".

O. Gündüz deyir ki, əksər qonşu ölkələrdə mobil telefon vasitəsilə təmassız ödəməni nəzərdə tutan NFC texnologiya tətbiq olunur: "Bu, nağdsız ödənişləri stimullaşdıran, təşviq edən ən maraqlı texnoloji həllərdən biridir. Xüsusilə də bizdə telefondan istifadəyə maraq çox yüksəkdir. Lakin indiyədək bizdə tətbiq olunmur. Mobil operatorlar nə qədər buna cəhd etsələr də, konservativ bank siyasətimiz hələlik buna imkan yaratmayıb. Bunun tətbiqi bizdə nağdsız ödənişlərdə çox böyük dəyişiklik yarada bilərdi. Düşünürəm ki, ödənişlər üçün QR-kod texnologiyasından istifadəyə imkan yaradılmalı, həmçinin kartların özündə təmassız ödənişlər üçün imkanlar olmalı və təmassız ödənişə imkan verən xidmətlərin sayı artırılmalıdır. Avtobusda və ya digər sahələrdə kartı sadəcə hansısa qurğuya yaxınlaşdırmaqla gediş haqqı və ya digər xidmətin haqqını ödəmək bir çox ölkələrdə tətbiq olunur. 

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər
2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı qəbul edilib. Lakin bu sahədə işlər çox ləng gedir. Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və digər qurumlar bu istiqamətdə, yeni maliyyə texnologiyalarının və İT-nin tətbiqi sahəsində tez-tez müzakirələr aparsalar da, proses sürətlənmir. Rəqəmsal bankçılıq, rəqəmsal ödəniş infrastrukturu və rəqəmsal ödəniş texnologiyalarının tətbiqi sahəsində vəziyyəti yaxşı hesab etmək olmaz. İndiyədək də ödəniş xidmətləri ilə bağlı qaydaların qəbul edilməməsinin bir izahı ola bilər ki, Mərkəzi Bank liberallaşmaya, bazara yeni oyunçuların, bank olmayan oyunçuların, FinTex-lərin daxil olmasına elə də maraqlı deyil. ASAN Pay ilə bağlı məsələdə bu çox aydın şəkildə özünü büruzə vermişdi. Bank olmayan ödəniş xidməti qurumlarına qarşı qısqanclıq duyulur. Müşahidələr göstərir ki, biz elektron pul, mobil pul kisəsi, ani ödəniş kimi ödəniş məhsullarının tətbiqi sahəsində çox ləngiyirik, hətta qonşu ölkələrdən geri qalırıq. Bəlkə də azsaylı ölkələrdən biriyik ki, biz mobil operatorlarımızı maliyyə-bank sektorunun, rəqəmsal ödənişlər sektorunun iştirakçısına çevirə bilməmişik. Xatırlayıram ki, Prezident nağdsız hesablaşmaların inkişafı, bu sahədə olan problemlərlə bağlı bir neçə dəfə məsələ qaldırıb. Ümid edirəm ki, maliyyə-bank sektoru üzrə əsas söz sahibləri - MB və MBNP Prezidentin çıxışında deyilənlərdən nəticə çıxaracaqlar".

Xəbər lenti
0