Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Balımızı yaponlar yeyirlər, bəlasını biz çəkirik - işləyənlər qəhətə çıxıb

© Sputnik / Irade JELILArıçılıq məsuliyyət sevən işdir
Arıçılıq məsuliyyət sevən işdir - Sputnik Azərbaycan
Abunə olmaq
Heç zaman xarab olmayan bal, bir az da belə getsə, bir zaman özü olmaya bilər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. "Son zamanlar Azərbaycanda arıçılığa maraq artıb. Ölkəmizdə tarixən arıçılıq sahəsində böyük ənənələr olub və bu gün də bu ənənələr yaşadılır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı ölkəmizdə arıçılığın inkişafından danışarkən Sputnik Azərbaycan-a deyib.

Ekspert bildirib ki, Azərbaycanda arıçılığın inkişafına əngəl törədən səbəblərdən biri torpaqların bir hissəsinin işğal altında olmasıdır: "Bu, arıçılığın inkişafını məhdudlaşdırır. Digər tərəfdən, bölgələrdə arı ailələri tez-tez tələf olur və arıçılar çətin vəziyyətə düşürlər. Məhsuldar arı cinslərinin tapılmasında çətinlik var. Ona görə də elmi-tədqiqat işlərini genişləndirmək, xarici təcrübəni öyrənmək, arıçıları dərman preparatları ilə təmin etmək lazımdır. Elmi ədəbiyyatı təqib edən arıçılar daha çox uğur əldə edirlər".

Cavid İmanlı - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki il öncə arı sancmasından ölən gəncin valideynləri suallarına cavab axtarır

Onun sözlərinə görə, bu gün keyfiyyətli bal tapmaq bir az çətindir, çünki təmiz bal istehsal edən arıçılar azdır: "Qidalanma vaxtı arılara şəkər verilir və bu da balın keyfiyyətini aşağı salır. Məsələn, bazarda kilosu 8-10 manata bol miqdarda bal tapmaq mümkündür, amma keyfiyyətli balın 1 kq-ı 30-40 manatdan aşağı deyil. Arı kilometrlərlə məsafə qət edərək çiçəklərdən nektar toplayaraq gətirib bala çevirir. Ona görə təbii şəkildə olan balın miqdarı az olur. Digər tərəfdən, arıçılıq iqlim şərtlərinə çox bağlıdır. Ona görə ölkədə bal istehsalında ildən-ilə fərqlər olur. Təbii balın baha olmasının səbəbi arının təbii nektardan istifadə etməsidir. Bu zaman məhsulun miqdarı az olur. Amma arılara şəkər çox verəndə balın keyfiyyəti aşağı düşür".

"Arıçılar çox zaman bal istehsalına yönəlirlər, digər arıçılıq məhsullarının istehsalında maraqlı olmurlar. Arıçılığa dair ayrıca dövlət proqramı olsa, daha effektli olar. Çünki arıçıların maarifləndirilməsinə ehtiyac var. Bunları həyata keçirsək, arıçılığı daha da inkişaf etdirə bilərik", - deyə o qeyd edib.

Ekspert bildirib ki, Çin, Türkiyə bal istehsalında öndə gedən ölkələrdir: "Azərbaycan bu ölkələrin təcrübəsini öyrənə bilər. Düzdür, müəyyən təcrübələr öyrənilib, amma bunu sistemli hala salmaq lazımdır. Onların kənd təsərrüfatı ilə bağlı ayrıca televiziya kanalları var. Orada arıçılıq sahəsi geniş işıqlandırılır. Biz də bunu tətbiq edə bilərik".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu il üzrə iclası keçirilib. İştirakçılar 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxıblar. Respublika Komissiyası 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşğul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alıb.

Göz həkimi - Sputnik Azərbaycan
Həkimə müraciət edən xəstənin gözündən bal arıları çıxıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə 30474 təsərrüfatda mövcud olan 501,0 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kq arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun - 14,2 manat, vərəmumun - 118,4 manat, güləmin - 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat olub.

2018-ci ildə 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına düşür.

"Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb.

"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib.

Xəbər lenti
0