01:14 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Market piştaxtasında meyvə-tərəvəz, arxiv şəkli

Meyvə-tərəvəzin Rusiyadan qaytarılmasına agentlikdən reaksiya: "Həll elədik"

© Sputnik / Ramil Sitdikov
İQTİSADİYYAT
Qısa URL
35 0 0

"Geri qaytarılanlar pomidor, gilas və tütün məhsullarıdır. Bu isə ixrac olunan məhsulların cəmi 0,03 faizini təşkil edir"

BAKI, 17 iyul — Sputnik. Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycandan Rusiyaya ixrac olunan 118 ton bitki məhsullarının geri qaytarılması barədə informasiyalara geniş yer ayrılıb. Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bu məsələnin nə dərəcədə həqiqəti əks etdirib-etdirməməsi ilə bağlı danışıb: "Yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. İyulun 1-dən Azərbaycandan ixrac olunan məhsullar barədə ətraflı məlumatlar yayımlanır. Bu il yanvarın 1-dən indiyədək təqribən 319 min 764 ton kənd təsərrüfatı məhsulları ixrac olunub. Onlardan yalnız 5 nəqliyyat vasitəsi geri qaytarılıb. Geri qaytarılanlar pomidor, gilas və tütün məhsullarıdır. Bu isə ixrac olunan məhsulların cəmi 0,03 faizini təşkil edir".

Q.Təhməzli bildirib ki, nəqliyyat vasitələrindən 2-si sənədləşmədə olan problem, 3-ü isə kənd təsərrüfatı məhsullarının zərərvericilərlə yoluxması ilə əlaqədar geri qaytarılıb: "Geri qaytarılan məhsulların heç birinin toksikoloji göstəricilərində nöqsanlar aşkar edilməyib və bitkiçilik təsərrüfatlarında aqrokimyəvi vasitələrin, pestisid və bitki zərərvericilərinə qarşı tətbiq edilən vasitələrin düzgün həyata keçirildiyini göstərir".

"Geri qaytarılan 2 nəqliyyat vasitəsinin sənədlərində olan problemlər aradan qaldırılandan, 3 nəqliyyat vasitəsindəki kənd təsərrüfatı məhsulları isə zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlər həyata keçiriləndən sonra məhsullar yenidən ixrac olunub. Bu səbəbdən də kənd təsərrüfatı məhsullarının geri qaytarılması xəbəri həqiqəti əks etdirmir", - deyə agentlik sədri əlavə edib.

Əlaqədar

"Güvə məsələsi": Azərbaycan məhsulları Rusiyaya niyə buraxılmır?

Əsas mövzular