18:45 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Arıçılıq təsərrüfatı, arxiv şəkli

Arısı olan qazandı: nazirlik pul verəcək

© Sputnik / Rahim Zakiroghlu
İQTİSADİYYAT
Qısa URL
39 0 0

Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib

BAKI, 17 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb.

Respublika Komissiyası tərəfindən 1927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşğul olan 19 min 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 min 533 arı ailəsinə (pətəyə) görə 4 milyon 265 min 330 manat subsidiya ödənilməsi qərara alınıb.

İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlər və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.

Əsas mövzular