21:12 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Ərzaq dükanı - supermarket, arxiv şəkli

Pullarımızı nəyə xərcləyirik - RƏQƏMLƏR AÇIQLANDI

CC0 / Heamer / market
İQTİSADİYYAT
Qısa URL
1275 0 0

Orta statistik azərbaycanlı bir aya təxminən 300 manat xərcləyir

BAKI, 13 iyul — Sputnik. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2019-cu ilin 6 ayı ərzində yerli vətəndaşların ən çox pul xərclədiyi məhsulların adlarını açıqlayıb.

 Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18,0 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 8944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9033,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Buna müvafiq olaraq satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,1 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi üçün 17 977,9 milyon manat, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üçün 139,7 milyon manat, əczaçılıq və tibbi mallar üçün 236,7 milyon manat təşkil edib.

Qeyd olunub ki, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının alışına sərf olunub. Xərclənən vəsaitin 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20,0 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 31,0 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz artmış, bazar və yarmarkalarda isə 5,3 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb. 

Teqlər:
Azərbaycan, manat, pul

Əsas mövzular