21:14 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Gömrük məntəqəsinin anbarı, arxiv şəkli

Dövlət pul ayırıb, götürən yoxdur: malı xarab olan neyləsin?

CC0 / Icon Digital / Warehouse
İQTİSADİYYAT
Qısa URL
1287 0 0

"Hər sığortanı icbari etmək doğru deyil. Çünki insanlar buna əlavə yük kimi baxırlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası saxlanc yerlərində müvəqqəti saxlanan malların icbari sığortasını təklif edib. Nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində və digər saxlanc ərazilərində saxlanılan, sahibkarlara məxsus malların sığortalanmasına nail olmaq üçün işlər aparılır.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, burada söhbət daha çox aqrar sığortadan gedir: "Kənd təsərrüfatı məhsulları nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində qalırsa, bir qismi qısa zamanda xarab olur və sahibkara, fermerə ziyan dəyir. Əslində, fermerlər, sahibkarlar məhsullarını həm də belə ziyanlardan sığorta etdirməyə çalışmalıdırlar".

"Nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində sahibkarın məhsulu qalırsa, bir qismi xarab olur və nəticə etibarı ilə o itirir. Amma əgər aqrar sığorta olsa, sahibkara dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcək", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, hazırda aqrar sığorta təklif olunsa da, bundan istifadə səviyyəsi olduqca aşağıdır:

"Dövlət büdcəsindən ayrılan vəsaitlər belə istifadə olunmur və büdcəyə qayıdır. Ona görə bu istiqamətdə də təkmilləşdirmənin aparılmasına ehtiyac var. Birmənalı şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası və sığorta şirkətləri çalışmalıdırlar ki, aqrar sığortadan istifadənin dairəsi genişlənsin".

Sığorta eksperti Xəyal Məmmədxanlı isə Sputnik Azərbaycan-a deyib ki, nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində sahibkarlara məxsus malların sığortalanması könüllüdür: "Ola bilər, indi bunu icbari etmək istəyirlər. Amma gömrük orqanları və yaxud saxlanc anbarları öz məsuliyyətini sığortalasa, daha yaxşıdır. Ümumiyyətlə, yeni icbari sığorta növlərinin tətbiqinin əleyhinəyəm. İcbari - adətən məsuliyyət sığortaları ilə bağlı olan sığorta növləridir. Amma hər şeyi icbari etmək doğru deyil. Çünki insanlar buna əlavə yük kimi baxırlar".

"Nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində sahibkara məxsus mallar xarab ola bilər və buna görə gömrük orqanı məsuliyyət daşıyır. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic
Bunu icbari hala salmaq olar ki, anbarlar, o cümlədən gömrük anbarları öz məsuliyyətlərini sığortalasınlar və orada olduğu müddət ərzində vətəndaşların əmlakına zərər dəyməsin", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, eyni məsələ təmir məntəqələrinə də aiddir: "Məsələn, 100 min manat məbləğində olan avtomobili avtoservisə aparıb qoyursuz və sonra maşına ziyan dəydiyini (əzilib, yanıb və s.) görürsüz. Burada da məsuliyyət sığortası olmalıdır. Vətəndaşlar bu məsələdə maarifləndirilməlidirlər. Məsələn, şəxs maşınını 3 gün parkinqə qoyur və xaricə gedir. Vətəndaş soruşmalıdır ki, parkinqdə saxlanıldığı müddətdə avtomobilə ziyan dəysə, sığorta varmı? Əgər məsuliyyət sığortası yoxdursa, avtomobili orada saxlamasınlar. Yoxsa hər şeyi icbariləşdirmək düzgün deyil".

Teqlər:
maliyyə, sahibkar, siğorta

Əsas mövzular