Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Manatın taleyi necə olacaq - İqtisadçı-alim açıqladı

© Photo : REPORT200 manatlıq əskinas
200 manatlıq əskinas - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanla illik ticarət dövriyyəmiz isə ötən əvvəlki illə müqayisədə 5 faiz artaraq 579 milyon dollara çatıb

BAKI, 11 iyul — Sputnik. "Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginliyin artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur".

Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Fiziki şəxslərin aylıq sosial ödənişi 35 manat olsun" - TƏKLİF

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov "Facebook"da yazıb.

O bildirib ki, Gürcüstan Azərbaycanın qeyri-neft ixracatında ilk üçlüyə daxil ola bilməsə də, ən çox neft olmayan məhsulları göndərdiyimiz 4-cü ölkədir: "Azərbaycan 2018-ci ildə qonşu ölkəyə 124,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bu 3-cü ən çox qeyri-neft məhsulu göndərdiyimiz İsveçrədən cəmi 11 milyon az ixrac deməkdir. Gürcüstanla illik ticarət dövriyyəmiz isə ötən əvvəlki illə müqayisədə 5 faiz artaraq 579 milyon dollara çatıb. Tranzit əməkdaşlığı da bura əlavə etsək əminliklə qeyd etmək olar ki, Gürcüstan Azərbaycan üçün vacib iqtisadi tərəfdaşlardandır".

"Larinin ucuzlaşması manata psixoloji təsir etməkdədir. Artıq bir sıra valyutadəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da bahalaşıb. Bir sıra banklarda 1 dolları 1.7007 manata təklif edilir. Doğrudur, neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 bareli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür. Amma yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir" - deyə alim əlavə edib.

İqtisadçı belə hesab edir ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa əsas bankın mövqeyindən asılı olacaq: "Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artdığına görə dollar alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artırır. O baxımdan, biz yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bu baxımdan, Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır".

Xəbər lenti
0