Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Qızıl" qurd və ya 40 günə 3000 manatı necə qazanmalı

© Sputnik / Shahperi AbbasovaBarama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir
Barama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir - Sputnik Azərbaycan
Abunə olmaq
Mövsümi işdə qazancın yarıdan çoxunu da dövlət ödəyir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. "Barama istehsalı iqtisadi baxımdan çox əlverişli sahədir. Ciddi resurs sərf etmədən fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır. Bunun 4 manatını fermerə baramanı alan şirkət, 5 manatını isə dövlət ödəyir. Bu, yerlərdə məşğulluğun artırılması üçün çox sərfəli, əlverişli sahədir".

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank manatla bağlı qərar verdi

Bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli ölkəmizdə baramaçılığın inkişafından danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, barama istehsalında fermer 40 gün ərzində 2500-3000 manatadək vəsait ala bilir və bu, kifayət qədər əlverişlidir: "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan hədəflərə çatmaq mümkündür. Amma hazırda əsas məsələ baramaçılığın yem bazasının formalaşdırılmasıdır. Çünki ipəkqurdu yalnız tut yarpağı ilə qidalanır. 90-cı illərdə ölkədə tut bağlarını məhv ediblər. Tut ağacı çox yavaş böyüyür. Hazırda Azərbaycana Çindən tut tingləri gətirilir, sahələr böyüyür, köhnə bağlar bərpa edilir".

Ekspert bildirib ki, yem bazasını zənginləşdirə bilsək, daha çox barama istehsal edə bilərik: "Məsələn, Çində ildə 4 dəfə barama götürə bilirlər. Bu da dünya bazarında mövqeyin güclənməsinə, məşğulluğun artmasına çox ciddi təsir edir. Hazırda yem məsələsi ilə bağlı Azərbaycanda ciddi işlər görülür. Sonuncu dəfə 1 milyon ədəd tut tingi ölkəyə gətirilib. Hazırda bunun artırılması prosesi gedir. Bu sahədə keyfiyyət məsələsinə də diqqət edilməlidir".

Gələcəyin fermerləri: İlk özünü idarə edən traktor necə görünür  - Sputnik Azərbaycan
VİDEO
Gələcəyin fermerləri: İlk özünü idarə edən traktor necə görünür

"Bu, yeni bir sahə deyil. Sovet dövründə əməktutumlu olduğuna görə Azərbaycanda bu sahəyə çox önəm verirdilər. Bu sahəyə aid məhsullar ilə dünya bazarında ciddi mövqe qazana bilərik", - deyə o əlavə edib.

İqtisadçı-ekspert Cəfər İbrahimli də Sputnik Azərbaycan-a deyib ki, baramaçılıqda əsas - yem məsələsidir: "Son illər dövlət tərəfindən bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir. Böyük ərazilərdə tut bağları salınır, daha məhsuldar barama sortlarının yetişdirilməsinə çalışılır. Ölkəmizdə barama istehsalı artır. Yem bazası gücləndirilsə, "Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan hədəflərə çatmaq mümkündür".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 10-dək kümçülər tərəfindən "Azəripək" MMC-yə 259,93 ton yaş barama təhvil verilib. Barama tədarükünə görə Zərdab, Füzuli, Balakən, Zaqatala, Bərdə, Şəki və Kürdəmir rayonları öndədir. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib. Bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.

“Ucuz və sərfəli” – Yevlaxlı baramaçı ixtiraları ilə işinin əziyyətini necə azaltdı  - Sputnik Azərbaycan
VİDEO
"Ucuz və sərfəli" – Yevlaxlı baramaçı ixtiraları ilə işinin əziyyətini necə azaltdı

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan "Azərİpək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son 3 ildə Çindən ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci ilin dekabrında Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Xəbər lenti
0