Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Amerika dolları ucuzlaşdıra bilər... səbəb

© AFP 2023 / Mark LennihanDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp açıq şəkildə "güclü dollar" siyasətindən imtina edib. Onun fikrincə, həddindən çox bahalı dollar Amerika istehsalı məhsulların və xidmətlərin ixracına mane olur

BAKI, 25 iyun — Sputnik. İyunun 24-ü dolların məzənnəsinin dünyanın bir sıra valyutaları ilə müqayisədə aşağı düşdüyü bildirilib. Misal üçün, Rusiya rubluna nisbətən ABŞ valyutası ucuzlaşaraq 62,83 rubl səviyyəsində qərarlaşıb. "Bank of America" isə bildirib ki, bu hələ məzənnənin son düşmə həddi deyil: artıq yaxın vaxtlarda Tramp dolların devalvasiyası haqqında qərar qəbul edə bilər.

Люди меняют деньги в обменном пункте в Стамбуле, Турция - Sputnik Azərbaycan
İlin sonunadək Türkiyədə dolların məzənnəsi artacaq

Sputnik Azərbaycan xəbər verir ki, Ağ Evin hazırkı sahibinin dolları nə səbəbdən güclü görmək istəmədiyi və bunun hansı nəticələrinin olacağı haqda RİA Novosti yazıb.

İqtisadiyyatın sabitləşməsi üçün dollar "qurbanı"

Birləşmiş Ştatların ən böyük maliyyə institutlarından biri "Bank of America" (BofA) bir qədər əvvəl administrasiyanın milli valyutanı devalvasiya etmək niyyəti haqqında xəbərdarlıq verib. "BofA"da düşünürlər ki, Tramp valyutaya müdaxilə qərarını iqtisadiyyatın sabitləşdirilməsi şüarı altında qəbul edəcək.

"Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltması kifayət etməsə, rəsmi valyuta müdaxiləsi ehtimalı böyüyəcək", - deyə "BofA"nın iqtisadçısı Mişel Mayer və bankın valyuta strategiyası üzrə eksperti Ben Rendol bildiriblər.

Dollar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollar üçün qiyamət günü: Hətta müttəfiqləri ABŞ valyutasından imtina edir

Trampa güclü dollar lazım deyil

Donald Tramp açıq şəkildə "güclü dollar" siyasətindən imtina edib. Onun fikrincə, həddindən çox bahalı dollar Amerika istehsalı məhsulların və xidmətlərin ixracına mane olur və ticarət balansında mövcud defisiti daha da dərinləşdirir: 2018-ci ildə defisit 621 milyard dollara çatıb.

"Mənə güclü dollar lazımdır, eləsi ki, ölkəmiz üçün faydalı olsun – amma digər ölkələrlə biznes aparmağa imkan verməyəcək qədər güclü dollar yox", - deyə Tramp martda bəyan edib.

Dollar ucuzlaşsa, xarici müştərilər üçün amerikan mallarını almaq daha sərfəli olacaq. Bu isə istehsalı artıracaq və xarici ticarət defisitini ixtisar edəcək.

İqtisadi artım sarsılacaq

Ekspertlər ehtiyat edirlər ki, Trampın və maliyyə naziri Stiven Mnuçinin irəli sürdüyü "zəif dollar" siyasəti nəticə etibarilə iqtisadi artımı sarsıdacaq. Tanınmış bank sektoru analitiki Dik Bove "CNBC"yə bildirib ki, uzunmüddətli perspektivdə bu cür strategiya səhvdir – o yalnız ölkə borclarının dəyərini artırır.

"Siyasət dolların stabilliyinə qarşı yönəlsə, xaricilər Amerikanın dövlət borcunu maliyyələşdirməyəcək, – deyə ekspert bildirib. – Dollar isə dünyanın ehtiyat valyutası kimi qəbul edilir və ABŞ da bundan tamamilə asılıdır".

Yəni dolların daha da zəifləməsi onun ehtiyat valyutası kimi statusunu təhlükə altına atır.

Qeyd edək ki, xarici kreditorlar artıq sürətli şəkildə dollardan imtina edirlər: onun ümumdünya valyuta ehtiyatlarında payı əsrin əvvəli ilə müqayisədə ən aşağı həddə çatıb. 2008-ci ilin maliyyə böhranı zamanı dünyanın mərkəzi banklarının ehtiyatlarında ABŞ valyutasının payı ən yüksək səviyyədə idi. Həmin dövrdən bəri isə onun payı 7 faiz bəndi azalıb.

Xəbər lenti
0