Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar üçün qiyamət günü: Hətta müttəfiqləri ABŞ valyutasından imtina edir

© AFP 2023 / EVA HAMBACHDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Dollardan imtina etməklə yanaşı, dövlətlər qızıl ehtiyatlarını artırılar

BAKI, 20 iyun — Sputnik. ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı azalaraq əsrin əvvəllərindən bəri ən aşağı həddə çatıb. Bundan başqa, dünyanın mərkəzi banklarının balanslarında Amerika dövlət istiqrazlarının sayı tarixdə ən aşağı göstəriciyə düşüb: apreldə xəzinə istiqrazlarının satışında rekord sahibləri arasında hətta ABŞ-ın ən yaxın müttəfiqi Birləşmiş Krallıq olub.

ABŞ dolları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
FED-in qərarının Azərbaycan iqtisadiyyatına təsiri - SON VƏZİYYƏT

Bütün bunları nəzərə alsaq, dünyada nə səbəbdən de-dollarlaşma tendensiyasının hökm sürdüyü sualı ortaya çıxır. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzuya həsr etdiyi məqalədə bu suala cavab verməyə çalışıb:

Ən aşağı göstərici

2018-ci il üçün olan məlumatlara görə, müxtəlif ölkələrin valyuta ehtiyatlarında dolların payı 61,7 faiz təşkil edib. Bu son 20 il üçün ən aşağı göstəricidir.

Avropa Mərkəzi Bankı iyun ayı üçün hesabatında qeyd edir ki, dollar hələ də dünyanın ehtiyat valyutası olaraq qalsa da, onun hökmranlığı əhəmiyyətli dərəcədə sarsılıb.

2008-ci ilin qlobal maliyyə böhranı zamanı dünya mərkəzi banklarının ehtiyatlarında maksimum səviyyədə ABŞ dolları var idi, lakin həmin dövrdən bəri dolların ehtiyatlarda payı 7 faiz bəndi azalıb.

2018-ci ildə ABŞ dolları və istiqrazlarını inkişaf etməkdə olan ölkələr xüsusilə aktiv şəkildə satırdılar.

Argentina, Çin, Honkonq , Hindistan, İndoneziya, Tailand və Türkiyə dəyəri təxminən 200 milyard dollar olan ABŞ Xəzinə istiqrazlarını satıb. Onların bəziləri bunu öz valyutalarını sabitləşdirmək üçün təcili olaraq nağd dollara ehtiyac olduğundan edirlər. Digərləri isə Vaşinqtonla olan münaqişələr səbəbindən ABŞ aktivlərindən imtina edirlər.

Доллары США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollarla bağlı pis xəbər gəldi, FED bahalaşmaya getdi

"Bir çox ölkələrin məqsədi ABŞ-ın sanksiya təhdidlərinə cavab olaraq dollardan asılılığı azaltmaqdır" - Türkiyənin aparıcı "Sabah" qəzeti yazır: "Türkiyədə ABŞ Xəzinə istiqrazları portfeli rekord dərəcədə kiçilib - demək olar ki, hər şey satılıb".

Lakin ABŞ-ın ənənəvi müttəfiqləri də daxil olmaqla, inkişaf etmiş ölkələr dollar aktivlərindən imtina edir. Bu yeni bir tendensiyadır. Birləşmiş Krallıq aprel ayında ABŞ dövlət istiqrazlarını 16,3 milyard dollar səviyyəsində azaldıb.

Ümumiyyətlə, ABŞ dövlət borcunun ən böyük xarici sahibi olan (1,1 trilyon dollar) Çin bu göstəriciyə görə liderdir. Ticarət müharibəsi səbəbindən, Pekin bu il ərzində 60 milyard dollar dəyərində Xəzinə istiqrazlarından imtina edib. Apreldə isə Çin əlavə olaraq 20 milyard dollar dəyərində ABŞ istiqrazlarını sataraq bu ehtiyatları son iki ildə ən aşağı həddə endirib.

ABŞ-ın ikinci ən böyük kreditoru olan Yaponiya bu göstəricidə geridə qalmır: apreldə Tokio Xəzinə istiqrazlarını 11,07 milyard dollar həcmində azaldıb.

Çinin Amerikanın əsas kreditorları siyahısından çıxacağı qorxusu da böyüyür. Lakin analitiklər bu ssenarinin mümkün olmadığını iddia edirlər. Bu halda istiqrazların qaçılmaz olaraq kəskin devalvasiyası amerikalılardan daha çox çinlilərə zərər vuracaq.

Lakin "Bloomberg" qeyd edir ki, Pekin yuanın məzənnəsinin saxlanması üçün istənilən vaxt bu aktivlərə yatırımlarını əhəmiyyətli dərəcədə azalda bilər.

"Çin, ABŞ Xəzinə istiqrazlarını satmağa başlasa belə, bu yeni rüsumlardan daha çox onun öz valyutasının tənzimlənməsi ilə bağlı olacaq". "Bloomberg" xəbər verir ki, bu fikirləri "Columbia Threadneedle Investments" şirkətinin analitiki Cin Tanuzzo (Gene Tannuzzo) səsləndirib.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Manat xarici valyutalara nisbətən möhkəmlənib

"Kapital axını artanda isə Pekin yuanı qorumalı və Xəzinə istiqrazlarını satmalı olacaq", - deyə Tanuzzo bildirib.

Ümumi de-dollarlaşma

Amerika aktivlərini ən fəal şəkildə satanlardan biri də Rusiyadır.

2010-cu ildə Rusiya Bankının ABŞ dövlət istiqrazlarına yatırımları 176 milyard dolları aşırdı. Lakin 2014-cü ildən etibarən, Vaşinqtonun sanksiya təzyiqi artdıqca mərkəzi bank Xəzinə istiqrazları portfelini kiçiltməyə başladı və nəticədə 2019-cu ilin əvvəlində bu qiymətli kağızların balansda həcmi 14 milyard dollara düşüb.

ABŞ maliyyə nazirliyinin məlumatına görə, Rusiya apreldə 1,6 milyard dollar dəyərində ABŞ istiqrazlarından imtina edib. Hazırda Rusiya Mərkəzi Bankında olan Xəzinə istiqrazlarının həcmi 12,13 milyard dollardır. Bu 2007-ci ildən bəri ən aşağı göstəricidir.

Dollar aktivlərinin satışından isə əldə edilən gəlirlərin demək olar ki, hamısı avro və yuan aktivlərinə xərclənib.

"Rusiyanın valyuta ehtiyatlarında avronun payı artaraq 39 faiz olub, ABŞ dollarının payı isə 27 faizə düşüb. Yuanın payı isə 17 faizə qalxıb" - deyə Avropa Mərkəzi Bankı son hesabatında bildirib.

Eyni addımları digər ölkələrin mərkəzi bankları da atır. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun bildirdiyinə görə, dolların əhəmiyyətinin tədricən azalması ilə, dünya mərkəzi banklarının ehtiyatlarında avro, yen və yuanın payı artmaqdadır.

İlham Şaban - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb..."

"Bütün dünya üzrə banklar ehtiyatlarını diversfikasiya etməyə və onları dollarlardan ayırmağa davam edir" - deyə BFV bildirib.

Qızıl "paraşüt"

Dollardan imtina etməklə yanaşı, dövlətlər qızıl ehtiyatlarını artırılar. Ümumdünya Qızıl Şurasının (WGC) dəyərləndirmələrinə əsasən, ötən il ərzində mərkəzi bankların balansında bu qiymətli metalın həcmi 651 ton artaraq 1971-ci ildə ABŞ-ın qızıl standartından imtina etdiyi vaxtdan bəri ən yüksək səviyyəyə çatıb. Bu qızılın demək olar ki yarısı Rusiya Bankı tərəfindən alınıb.

"Bloomberg" qeyd edir: "Rusiya qızıl və valyuta ehtiyatlarının strukturunu diversifikasiya edərək və ABŞ aktivlərinin payını azaldaraq bu işdə sürətli şəkildə nəticələr əldə edə bilib".

Hazırda Rusiya Mərkəzi Bankının 2112 ton qızıl ehtiyatı 87 milyard dollar dəyərində qiymətləndirilir. Bu, bütün post-sovet dövrü üçün bir rekorddur. Ötən on il ərzində ölkənin valyuta ehtiyatlarında qızılın payı 3,5 faizdən 18,6 faizədək artıb.

"Qızıl çox az təbii inflyasiyaya məruz qalan ən güclü valyuta və dollarda baş verən kəskin dəyişmələrə qarşı yaxşı sığortadır. O, yüksək likvidliyi olan resursdur. Böyük qızıl ehtiyatları isə yatırımçıların rubla olan güvənini artırır" - deyə İsveçrənin "Neue Zürcher Zeitung" qəzeti bildirib.

Sənədin imzalanması - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Milyonlar gətirən iqtisadiyyat sahəsi ilə bağlı vacib qərar

Bu dəyərli metalın ikinci ən böyük alıcısı Çindir. Onun 1853 ton qızıl ehtiyatlarının dəyəri 76 milyard dollardır.

Keçən ilin sonlarında Pekin iki ildən çox davam etmiş fasilədən sonra qızılın alınmasını kəskin şəkildə artırmışdı. Bu isə qızılın qiymətinin bir unsiyaya görə 1300 dollar səviyyəsinə artmasına səbəb olmuşdu.

Analitiklər izah edirlər ki, qızıl həm də ABŞ-da baş verə biləcək defolta qarşı sığortadır. Çin və Rusiya çox yaxşı başa düşürlər ki, Birləşmiş Ştatlar üçün borc öhdəliklərini ödəmək elə də asan olmayacaq və nəticədə Xəzinə istiqrazlarının alınması mənasızdır.

Hazırda ABŞ-ın istiqraz bazarının süqutu ehtimalı var. Bu səbəbdən də Moskva və Pekin qızıla yatırım etməyi üstün tuturlar.

Xəbər lenti
0