17:21 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Federal Rezerv Sistemi

FED dollar qərarını açıqladı

© AP Photo / Andrew Harnik
İQTİSADİYYAT
Qısa URL
44 0 0

ABŞ Mərkəzi Bankı həmçinin 2019-cu ildə ÜDM artımı üzrə proqnozunu 2,1% səviyyəsində saxlayıb

BAKI, 20 iyun – Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar FED-in 18-19 iyun tarixlərində keçirilən iclaslarının yekununda qəbul olunub.

FED həmçinin ABŞ-ın 2019-cu ildə ÜDM artımı üzrə proqnozunu 2,1% səviyyəsində saxlayıb, 2020-ci il proqnozunu isə 1,9%-dən 2%-dək artırıb.

Qeyd edək ki, 2018-ci ildə FED faiz dərəcəsini mart, iyun, sentyabr və dekabr aylarında olmaqla dörd dəfə qaldırıb. Sonuncu dəfə artım 0,25 faiz bəndi təşkil edib.

Əsas mövzular