14:34 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Taxıl sahəsi, arxiv şəkli

İndiyədək Azərbaycanda 1 milyon 210 min tondan çox taxıl yığılıb

CC0 / kirahoffmann / Wheat Field
İQTİSADİYYAT
Qısa URL
17 0 0

Orta məhsuldarlıq hər hektara 30,8 sentner təşkil edir

BAKI, 18 iyun — Sputnik. Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, iyunun 18-nə olan operativ məlumata görə, ölkə ərazisində 392 min 451,4 hektar ərazidə taxıl biçini aparılıb, 262 min 477,1 hektar ərazidə arpa, 129 min 974,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 210 443 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,8 sentner təşkil edir.

Bərdə, Zərdab və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29590 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9565 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Əsas mövzular