Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda banklarla bağlı qanun dəyişdi: indi onlar da haqq ödəyəcək

CC0 / Linda / Credit CardsБанковские карты
Банковские карты - Sputnik Azərbaycan
Abunə olmaq
Rüsumu Maliyyə Bazarlarına Nəzarət Palatası təyin edir

BAKI, 13 iyun-Sputnik. Azərbaycanda xarici bankların yerli filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Banklar haqqında" qanuna dəyişiklik edilib.

Qanunun 46-1-ci maddəsinə (Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar) təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.

Семья, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bankda pul və yaş senzi: Övladlığa götürmə sisteminin detalları açıqlandı

Mövcud maddədə isə deyilirdi ki, banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.

Qanun layihəsi maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqların xarici bankların yerli filiallarına da şamil olunmasını nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, xarici  bankların yerli filialları ölkə ərazisində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir və ölkənin maliyyə bazarlarına nəzarət sektoru onları da əhatə edir.

Milli Məclisin iclasında müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0