09:38 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
31 0 0

"Kredit ittifaqları haqqında" qanuna dəyişiklik edilib

 

BAKI, 30 may — Sputnik. Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Kredit ittifaqları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Yeni layihəyə əsasən, kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun qarşısının alınması ilə bağlı fəaliyyəti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, kredit ittifaqlarının əsas məqsədi kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsidir.

Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əsas mövzular