16:09 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
43 0 0

Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, "Equinor", "Petronas", "Inpex", "Dentons", "Socar AQS", "Total", "Nobel Upstream" və digər dünyaca məşhur şirkətlər yer alır

BAKI, 30 may — Sputnik. Bu gün Bakıda Xəzər regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir 2 gün davam edəcək.

İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republic

Konfrans Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsidir.

Builki konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb. Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, "Equinor", "Petronas", "Inpex", "Dentons", "Socar AQS", "Total", "Nobel Upstream" və digər dünyaca məşhur şirkətlər yer alır.

Tədbir çərçivəsində məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu il deleqatların sayında 30% artım gözlənilir.

Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.

Əsas mövzular