05:08 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
İQTİSADİYYAT
Qısa URL
35 0 0

BAKI, 29 may - Sputnik. Dünən Avropa İttifaqında fərqli xüsusiyyətləri olan 100 və 200 avro dəyərində yeni banknotlar dövriyyəyə daxil olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, əsginaslar üzərində qədim yunan mifologiyasının qəhrəmanı olan Avropanın şəkilləri qeyd edilib. 

Digər fərqli əlamət banknotun aşağı sol küncündə 100 və ya 200 rəqəmlərinin rənglərinin dəyişməsidir. Rənglər müvafiq olaraq mavidən tünd yaşıl rəngə dəyişir. Bundan əlavə, əsginas öz ölçüsünə görə də sələflərindən fərqlənir. Toxunan zaman isə əsginas xışıldamır.

Yeniliklər saxta pullara qarşı qorumanın dərəcəsini artırmalıdır.

Avropa Mərkəzi Bankı bundan əvvəl 5, 10, 20 və 50 avro dəyərində əsginasları yeniləyib. Hələlik köhnə əsginaslarla yenə əvvəlki kimi ödəmələr qəbul edilir. Amma onlar tədricən dövriyyədən çıxarılaraq, məhv ediləcək.

Əsas mövzular