09:46 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Nazirlər Kabineti

Xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

© AZƏRTAC
İQTİSADİYYAT
Qısa URL
29 0 0

Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər

BAKI, 21 may — Sputnik. Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş qaydaya dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Bundan əvvəl bu tələb 30 gün sonra olaraq müəyyən olunub.

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Əsas mövzular