01:07 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Novruz Məmmədov: "Prezident qarşımıza ciddi vəzifələr qoyub"

© AR Nazirlər Kabinetinin mətbuat xidməti
İQTİSADİYYAT
Qısa URL
48 0 0

Baş Nazirin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

BAKI, 8 may — Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin (NK) növbəti iclası keçirilib. Sputnik Azərbaycan NK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclası açan Novruz Məmmədov Azərbaycan musiqisinin beşiyi, ölkəmizin əsrarəngiz gözəlliyə malik guşələrindən biri hesab edilən Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalından 27 il ötdüyünü bildirib.

"İşğal nəticəsində Azərbaycanın füsünkar təbiətə malik bu şəhərindəki zəngin tarixi-mədəni abidələr, müzeylər dağıdılıb. Nüfuzlu beynəlxalq təşkilarların Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrinə, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, işğal hələ də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki vəziyyətlə barışmayacaq və ərazi bütövlüyünü bərpa edəcək" - deyə Baş Nazir vurğulayıb.

Xalqımızın ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyini bildirən Novruz Məmmədov deyib ki, Ümummilli Liderimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşayır və yaşayacaq: "Bu gün müstəqillik yolunda uğurla addımlayan və gündən-günə inkişaf edən Azərbaycanın qazandığı böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq".

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

Bildirilib ki, iclasın gündəliyinə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və yeni layihənin müzakirəsi, həmçinin "Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planlarının tərtibi təcrübəsi və 2019-2020-ci tədris ili üçün tələbə qəbulu planının tərtib edilməsi" haqqında məsələlər daxil edilib.

Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
© AR Nazirlər Kabinetinin mətbuat xidməti
Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Baş Nazir deyib ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Prezident İlham Əliyev də ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni mühüm vəzifə kimi müəyyənləşdirib, bununla bağlı qarşıya ciddi vəzifələr qoyub. Bu sahədə mühüm uğurların əldə olunduğunu vurğulayan Novruz Məmmədov qeyd edib ki, qazanılan nailiyyətlərdə bununla bağlı Dövlət proqramlarının mühüm rolu olub.

Azərbaycan dövlətinin təhsilin inkişafına xüsusi diqqət ayırdığını deyən Baş Nazir qeyd edib ki, son 15 ildə dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin 8 dəfə artırılması, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsi Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük qayğısının təcəssümüdür. Əsas məqsəd ölkəmizdə keyfiyyətli təhsil sisteminin qurulması, yüksək ixtisaslı, zəngin dünya görüşlü kadrların yetişdirilməsindən ibarətdir.

Sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun, təhsil naziri Ceyhun Bayramovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib. İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

Teqlər:
prezident, Novruz Məmmədov, baş nazir, Azərbaycan

Əsas mövzular