Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikasının siyahısı genişləndirildi

© © ARKTN-nin mətbuat xidmətiKənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Alıcı məbləğin cəmi 20 faizini ilkin ödəniş etməklə texnikaya sahib olur

BAKI, 30 aprel — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısını genişləndirib. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yenilənmiş siyahıda 11 təyinat istiqaməti üzrə 60-dan artıq texnika və avadanlıq növü yer alıb.

Nazirliyn Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin fikrincə, əgər fermer və sahibkarlar əvvəllər yalnız "Aqrolizinq" xətti ilə 40-a yaxın adda texnika və avadanlığı dövlət güzəşti ilə əldə edə bilirdisə, indi istədikləri təchizatçıdan kənd təsərrüfatı təyinatlı istənilən texnikanı güzəştlə alacaqlar: "Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hazırlanmış və dövlət başçısının təsdiqlədiyi siyahı kənd təsərrüfatı texnikası satışının liberallaşdırılması istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. Genişlənmiş siyahı fermer və sahibkarlara ölçüsündən və qiymətindən asılı olmayaraq istədikləri texnika və avadanlığa dəyərinin 40%-i dövlət tərəfindən ödənilməklə sahib olmaq imkanı verir".

Agentlik sədri xatırladıb ki, dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, alqı-satqı zamanı kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizini təchizatçı şirkətə dövlət ödəyir. Alıcı məbləğin cəmi 20 faizini ilkin ödəniş etməklə texnikaya sahib olur.

Texnikanın qiymətinin yerdə qalan 40%-i məbləğində alıcıya güzəştli kredit xətti açılır, lakin kreditin faizləri dövlət tərəfindən banka köçürür, texnika sahibi isə yalnız əsas məbləği 5 ilədək müddətdə hissə-hissə ödəyir.

Kənd təsərrüfatı texnikası alışına tətbiq edilən dövlət güzəştləri barədə ətraflı məlumat akia.gov.az saytında yerləşdirilib.

Xəbər lenti
0