14:22 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Mərkəzi Bankın sədri Elman Rüstəmov

Elman Rüstəmov inflyasiya proqnozu verdi

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
213 0 0

Yanvar-mart aylarında Azərbaycanda illik inflyasiyanın səviyyəsi 2,1% təşkil edib

BAKI, 26 aprel — Sputnik. "Azərbaycan Mərkəzi Bankının qiymət artımı ilə bağlı gözləntiləri sabit qalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda illik inflyasiyanın səviyyəsi 2,1% təşkil edib və bu göstərici AMB-nin illik inflyasiya hədəfinə uyğundur: “İllik inflyasiya pullu xidmətlərin qiymətinin dinamikasından təsirlənib. Bu ilin sonunda illik inflyasiyanın səviyyəsinin 4% təşkil edəcəyi gözlənilir”.

Əsas mövzular